Lavrovun Azərbaycana səfəri başlayıb
Bizi izləyin

Nida.az

Lavrovun Azərbaycana səfəri başlayıb

Sergey Lavrovun Azərbaycana rəsmi səfəri başlayıb. Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir. Səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir.

Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq.

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər. Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq.

Bəzi təhlilçilər Rusiya xarici işlər nazirinin Bakıya səfərində Azərbaycanın Avrasiya və Gömrük İttifaqına üzv olmaqla bağlı məsələnin prioritet olacağını da düşünür. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm