Pənah Hüseyn İqbal Ağazadə ilə yeni layihəsindən danışdı
Bizi izləyin

Nida.az

Pənah Hüseyn İqbal Ağazadə ilə yeni layihəsindən danışdı

“İqbal bəy mütəmadi gördüşdüyüm şəxslərdən biridir, amma hansısa bir formadan, yaxud siyasi birlikdən danışmaq doğru olmaz”.

Bu barədə sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn Publika.az-a açıqlamasında “Ümid” sədri İqbal Ağazadə ilə görüşündən danışarkən deyib.

P. Hüseyn bildirib ki, İ. Ağazadə partiya sədri və deputatdır: “Mən də siyasi müxalifətin nümayəndəsiyəm. Bizim siyasi məsələlərlə bağlı daimi müzakirələrimiz olur, müxtəlif mövzular üzrə fikir mübadiləsi aparırıq. Amma hansısa birlikdən danışmaq hələ tezdir”.

Qeyd edək ki, “Yeni Müsavat” partiyasının sədri Rauf Arifoğlu “facebook” profilində hər iki partiya sədrinin birgə fotosunu paylaşaraq “Xalq və Ümid partiyalarının liderləri yeni layihə barədə ilkin razılığa gəldilər. Sabahdan çalışmalar başlayır” deyə məlumat verib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm