Partiya sədri Ramiz Rövşəni Anara səs verdiyi üçün tənqid etdi
Bizi izləyin

Nida.az

Partiya sədri Ramiz Rövşəni Anara səs verdiyi üçün tənqid etdi

Partiya sədri Ramiz Rövşəni Anara səs verdiyi üçün tənqid etdi

Əhrar Partiyasının sədri, Müsavatın əsas simalarından olan Arif Hacılının qardaşı Vaqif Hacıbəyli müxalif düşərgəyə yaxınlığı ilə seçilən şair Ramiz Rövşəni Yazıçılar Birliyinin qurultayında Anara dəstək verdiyi üçün sərt tənqid edib.

Publika.az xəbər verir ki, V. Hacıbəyli “facebook” səhifəsində yazıb ki, Ramiz Rövşən əslində seçimini çoxdan edib və Azərbaycan Yazıçılar Birliyinin qurultayında onun Anarın sədrliyini müdafiə etməsində nəsə bir yenilik yoxdur:

“Şəxsiyyətinə gəldikdə isə, onu tanıdığım gündən həmişə özü barəsində çox yüksək fikirdə olub. Mən, əslində, bunu qüsur da saymıram, çünki bu qüsur çoxumuzda var. Məncə, onun siyasilərə həsr etdiyi və indiki mövqeyi ilə bağlı sosial şəbəkələrdə çox müzakirə edilən məlum şeirləri də məhz siyasi konyukturaya, siyasilərdən çox onun özünütəsdiqinə xidmət edirdi ki, bunu da kim başa düşübsə, anlayışla qarşılayıb. Biz Ramiz Rövşəni “Göy üzü daş saxlamaz” kitabındakı şerlərinə görə sevmişik, o isə həmişə özünü sevib. Bugünkü reallıqda onun bizim sevgimizə daha ehtiyacı yoxdursa, bu da onun seçimidir.

Eyni zamanda, deməliyəm ki, Ramiz Rövşənin özünəvurğunluğu ilə Əkrəm Əylislinin özünəvurğunluğunu eyniləşdirmək olmaz. Əkrəm Əylisli “Daş yuxular”ı yazmaqla hikkənin, özündən müştəbehliyin istedadı və mənəviyyatı hansı səviyyədə deqradasiya uğrada biləcəyi reallığını nümayiş etdirdi. Ramiz Rövşənin, o cümlədən onun AYB sədrliyinə namizədliyini müdafiə etdiyi yazıçı Anarın, digər ziyalılarımızın bəzi açıqlamaları bizə xoş gəlməyə bilər, bəzən onların mövqeyi irticaya münasibətdə qeyri-prinsipiallıq kimi qiymətləndirilə bilər. Lakin bu gün vətəndaş mövqeyi nümayiş etdirmədikləri üçün tənqid olunan Anar kimi, Vaqif Səmədoğlu kimi, Ramiz Rövşən kimi, Sabir Rüstəmxanlı kimi, mərhum Bəxtiyar Vahabzadə kimi ziyalılarımızın heç biri heç vaxt ləyaqətsiz mövqe tutmayıb. Bunu da ədalət naminə qeyd etməyimiz lazımdır”.

Qeyd edək ki, müxalifət düşərgəsində R. Rövşənin Anarı müdafiə etməsi müxalifətçilərin tənqidinə səbəb olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm