Azərbaycanda səfərbərlik elan olundu? – Fotofakt
Bizi izləyin

Nida.az

Azərbaycanda səfərbərlik elan olundu? – Fotofakt

Azərbaycanda səfərbərlik elan olunub.

Hərbi sirr baxımından adını açıqlamadığımız Sumqayıt şəhər sakini Publika.az-a məlumat verib ki, ona çağırış vərəqəsi gəlib: “Amma mən iki il öncə Beyləqan rayonunda N saylı hərbi xidmətdə olmuşam. Mənə mənzil istismar idarəsindən zəng edib Səfərbərlik Xidmətindən adıma məktub gəldiyini bildirdilər. Məktubda konkret hansı gün toplaşmaq lazım gəldiyi göstərilməsə də, bu il ərzində toplanışın olacağı bildirilir. Həmçinin şəxsiyyət vəsiqəsi, hərbi bilet, şəxsi əşyalar və nəqliyyat vasitələrini idarə etmək üçün sənəd götürməli olduğum qeyd edilib”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Nurəddin Heydərov Publika.az-a açıqlamasında bildirib ki, bu, normal bir şeydir.

“Qanunvericiliyə görə hərbi vəzifəlilər səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi uçotda olduqları yerli strukturlar tərəfindən çağırılır. Orda ya bir gün, ya da bir neçə saat ərzində təlimlər, məşqlər keçirilir. Bu da belə bir çağırışdır. Hazırda hərbi xidməti 3 il əvvəl bitirmiş şəxslərdən başlanılıb”,– deyə Xidmətin sözçüsü bildirib.
Onun sözlərinə görə, Azərbaycanda səfərbərliyin başlanılması səlahiyyəti dövlət başçısına aiddir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm