Arzu Abdullayeva bu fotosuna görə məsuliyyətə cəlb oluna bilər
Bizi izləyin

Nida.az

Arzu Abdullayeva bu fotosuna görə məsuliyyətə cəlb oluna bilər

Arzu Abdullayeva bu fotosuna görə məsuliyyətə cəlb oluna bilər

“Arzu Abdullayeva vətənə xəyanətə görə məsuliyyətə cəlb olunmalıdır”.

Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı azərbaycanlı hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri erməni Karen Ohancanyanla fotosuna münasibət bildirərkən deyib.

QAT sədri qeyd edib ki, Azərbaycanda bir sıra şəxslər pul aldıqlarına görə vicdanlarını satırlar: “Arzu Abdullayeva, Zərdüşt Əlizadə, Leyla Yunus kimilər Azərbaycanın ürəyində qara yaradır. Arzu Abdullayeva deyir ki, erməni ilə Xocalıya görə üzr istədiyi üçün qucaqlaşıb foto çəkdirib. Kimdir üzr istəyən, ermənilərmi? Onların hamısı beynəlxalq afristdirlər, fahişələrdir. İndi Xocalı ilə bağlı nəsə söz deyirlərsə, bayram etməliyik?”

A. Nağı qeyd edib ki, torpaqlarımız nə qədər ki işğal altındadır, bu cür təmaslar, mehribançılıq olmamalıdır.
“Amma onlar pul aldıqları üçün vicdanlarını belə satıblar. Hesab edirəm ki, Azərbaycan qanunvericiliyi səviyyəsində bu adamlar məsuliyyətə cəlb olunmalıdır”,– deyə QAT sədri qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm