Rusiya Rüstəm İbrahimbəyova avqustun 5-nə kimi vaxt verdi
Bizi izləyin

Nida.az

Rusiya Rüstəm İbrahimbəyova avqustun 5-nə kimi vaxt verdi

Rusiya Rüstəm İbrahimbəyova avqustun 5-nə kimi vaxt verdi

Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyov avqustun 5-nə qədər ikili vətəndaşlığı ilə bağlı Rusiya Federal Miqrasiya Xidmətinə məlumat verməlidir.

Publika.az xəbər verir ki, Rusiya Federal Miqrasiya Xidmətinin yeni qərarına görə, Rusiyada yaşayanlar bundan sonra ikili vətəndaşlığı ilə bağlı hökumətə məlumat verəcəklər. Əks təqdirdə, onları 200 min rubl cərimə gözləyir.
Qeyd edək ki, Rusiya Konstitusiyası ikili vətəndaşlığı qəbul edir.
Moskvadakı Azərbaycan diasporundan Publika.az-a yeni qayda ilə bağlı verilən məlumata görə isə, Moskva bununla miqrantlar üzərində yeni siyasətini formalaşdırmaq niyyətindədir.

“Rusiyada yaşayan miqrantların əksəriyyəti həm də öz ölkələrinin vətəndaşıdır. İkili vətəndaşlığa icazə verilən ölkələrdən olanlar bunu açıq, Azərbaycan kimi icazə verilməyən ölkələrdən olanlarsa gizli formada daşıyır. Rusiya hökuməti məhz bu şəxslərin yenidən qeydiyyata alınması siyasətini yeridir. Bu həm də Rusiyada öhdəlikləri olan miqrantların nəzarətinə kömək edəcək”,– deyə mənbə bildirib.

Xatırladaq ki, 2013-cü il prezident seçkilərində Milli Şuranın birinci vahid namizədi olmuş Rüstəm İbrahimbəyov da Azərbaycan vətəndaşı olmaqla yanaşı, Rusiya pasportunu da daşıyır. Onun namizədliyinin qeydə alınmamasının əsas səbəbi də bu olub. Yeni qaydaya görə, R. İbrahimbəyov də avqust ayının 5-nə kimi Rusiya hökumətinə məlumat verməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm