Sülhəddin Əkbərin qurultayına sabiqlərdən kimlər dəvətlidir?
Bizi izləyin

Nida.az

Sülhəddin Əkbərin qurultayına sabiqlərdən kimlər dəvətlidir?

Sülhəddin Əkbərin partiyası qurultaya hazırlaşır.

Azad Demokratlar Partiyasının (keçmiş ACP-red ) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Publika.az-a açıqlamasında bildirib ki, qurultay iyulun 6-da keçiriləcək. O, qurultaya xüsusi qonaqları dəvət etmədiklərini, lakin partiyanın keçmiş üzvlərindən də qatılanların olacağını deyib. Bildirib ki, Ədliyyə Nazirliyinə nümayəndələrin qurultayda iştirakı üçün müraciət edilib.

“Qurultay nümayəndələri sırasında keçmiş ACP üzvləri var. Böyük ehtimalla, onlardan partiya rəhbərliyində təmsil olunanlar da olacaq”,– deyə bildirən S. Əkbər konkret kimləri nəzərdə tutduğunu açıqlamayıb.
ACP Ali Məclisinin sədri olmuş Zəminə Dünyamalıyeva Publika.az-a açıqlamasında bildirib ki, S. Əkbərin gördüyü işin ona aidiyyəti yoxdur.

“Əgər yeni partiya yaradırsa, uğurlar arzulayıram. Amma bunun mənə dəxli yoxdur”,– deyə o bildirib. Qeyd edib ki, yeni partiyanın qurultayında iştirak üçün ona nə dəvət göndərilib, nə də özünün belə bir fikri var.
S. Əkbərin keçmiş müavini Vaqif Mahmudov isə Publika.az-a açıqlamasında bildirib ki, yenidən S. Əkbərin yanına qayıtmaq fikri yoxdur. Onun sözlərinə görə, qurultayda iştirak etmək fikri yoxdur.
“Mən bundan sonra siyasi şərhçi kimi fəaliyyət göstərmək istəyirəm. Amma bu o demək deyil ki, mənim S. Əkbərlə münasibətlərim pisdir. Əksinə, bizim normal münasibətlərimiz var”,– deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm