İlyas İsmayılov oğlunun “Ədalət”dən istefasına aydınlıq gətirdi
Bizi izləyin

Nida.az

İlyas İsmayılov oğlunun “Ədalət”dən istefasına aydınlıq gətirdi

İlyas İsmayılov oğlunun “Ədalət”dən istefasına aydınlıq gətirdi

“Etimad Ədalət Partiyasının beynəlxalq əlaqələr üzrə məsələlərinə baxır. Hazırda Türkiyədədir və partiyadan istefa verməyib”.

Bu barədə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Publika.az-a açıqlamasında oğlu Etimad İlyasovun istefası xəbərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, kimlərsə sensasiya yaratmaq istəyir.

“Özlərindən uydurub yalanlar yazırlar. Bunlar boş-boş şeylərdir. Oğlumla mənim aramda nə narazılıq ola bilər. O, mənim müavinimdir və partiya işinə davam edir. Kimlərsə özlərindən yalanlar uydurmaqla məşğuldur”,– deyə partiya sədri bildirib.

Qeyd edək ki, azpolitika.az saytının məlumatına görə, E. İsmayılov Ədalət Partiyasında tutduğu vəzifədən və partiya sıralarından istefa verib. Məlumata görə, Etimad İsmayılov partiyanın fəaliyyətsizliyindən narazı qaldığına görə belə bir qərar verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm