• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı namizəd gürcü hakimiyyətini məhkəməyə verdi

  • Nida.az
  • 19 İyun 2014 14:59
  • 294 Baxış
Azərbaycanlı namizəd gürcü hakimiyyətini məhkəməyə verdi

Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının Marneuli rayonunda bələdiyyə seçkilərində namizədi Əhməd İmamquliyev iyunun 15-də keçirilən seçkinin nəticələrindən məhkəmə şikayət edib.

Ə. İmamquliyev Publika.Az-a açıqlamasında deyib ki, onlar Marneulidə seçkinin ikinci turunun keçirilməsini tələb edirlər: “Dairə seçki komissiyası bu tələbimizi rədd etdi. Biz də məhkəməyə müraciət etmişik. İki gün ərzində məhkəmə keçirilməlidir. Bizim əlimizdə seçkinin saxtalaşdırılması ilə bağlı kifayət qədər dəlillər var. Hesab edirik ki, məhkəmə bu dəlilləri nəzərə alaraq vəsatətimizi təmin edəcək”.

Azərbaycanlı namizəd qeyd edib ki, onlar mübarizəni sona qədər aparacaqlar.

“Ola bilsin ki, dairə seçki komissiyası məsuliyyəti üzərindən atacaq. Amma biz bütün instansiyalara müraciət edəcəyik və mübarizəmizi aparacağıq. Çünki əlimizdə yetərincə faktlar var”-deyə o bildirib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR