Ermənistanın təcavüzü ilə bağlı qətnamələr qəbul edildi
Bizi izləyin

Nida.az

Ermənistanın təcavüzü ilə bağlı qətnamələr qəbul edildi

Cari ilin 18-19 iyun tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının "İslam əməkdaşlığı üzrə sahələrin araşdırılması" şüarı altında 41-ci sessiyası keçirilib.

Cari ilin 18-19 iyun tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının "İslam əməkdaşlığı üzrə sahələrin araşdırılması" şüarı altında 41-ci sessiyası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən İƏT-in baş katibi İyad Amin Mədəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha Azərbaycana öz dəstəyini ifadə edib, Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu iştirakçıların diqqətinə çatdırıb və münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün İƏT-ə üzv ölkələrə müraciət edib. O, hələ də öz həllini tapmamış bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması istiqamətində İƏT-in öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanı təmsil edən xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyev çıxışında Azərbaycanın müsəlman ölkələri ilə həmrəy olduğunu deyərək, ölkəmizin İƏT-ə üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və beynəlxalq terrorizm və islamofobiya meyillərinin qarşısının alınması məqsədilə İƏT çərçivəsində səylərin gücləndirilməsinin vacibliyi vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu ağır fəsadlar haqqında tədbir iştirakçılarına məlumat verilib və bu münaqişədə Azərbaycanın mövqeyini daim dəstəklədiyinə görə İƏT-ə üzv dövlətlərə minnətdarlıq bildirilib.

İclasın nəticəsi olaraq, İƏT üzv ölkələrinin XİN Şurası tərəfindən qəbul edilmiş yekun Ciddə Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunub.

İƏT XİN Şurası tərəfindən "Ermənistanın Azərbaycana qarşı təcavüzü" və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT XİN Şurası tərəfindən qəbul olunan qətnamədə "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapıb. Həmin bəndə əsasən İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən "Xocalıya Ədalət" beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm