Zəfər Quliyev: “Liderlərinizi bütləşdirməyin”
Bizi izləyin

Nida.az

Zəfər Quliyev: “Liderlərinizi bütləşdirməyin”

“Bəlkə düşünək?! Bəlkə liderlərimizi bütləşdirməyək?! Bəlkə özümüzə də bir az tənqidi yanaşaq?! Bəlkə partiya maraqlarından daha çox ölkənin, xalqın, vətəndaşların maraqları ilə hesablaşaq?!”

“Bir-biri ilə “kompromat müharibəsi” aparan iki müxalifət partiyalarin “moratorium oyunlarını” mən anlaya bilmirəm”.Publika.Az xəbər verir ki, bu barədə Milli Şuranın keçmiş üzvü, “El” hərəkatının sədr müavini Zəfər Quliyev deyib.

Moratoriumun latınca “moratorius” olduğunu və “təxirə salmaq”, “ləngitmək” mənasını verdiyini xatırladan Z. Quliyev bildirib ki, müasir dövrdə bu söz müəyyən bir zaman üçün hansısa hərəkətlərdən çəkinmək ya onları təxirə salmaq mənasıni daşıyır: “Əvvəl hücuma məruz qalan Müsavat partıyası moratorium elan etdi və əsaslandırdı ki, artıq böhtanlara, təhqirlərə cavab verməyəcək. Bir müddətdən sonra AXCP da moratorium qərarını dolayısı ilə səsləndirdi.

“Çox gözəl. Lakin mənim anlamadığım odur ki, Moratorium qərarları heç nəyi dəyişmirsə və böhtan, təhqir kampaniyaları əvvəlki kimi davam edirsə, onda onlara nə ehtiyac? Moratorium daimi pozulursa, gözdən pərdə asmaq nəyə lazim? Moratorium qərarlarının yerinə yetirilməsinə nəzarət mexanizmləri yoxdursa və bu qərarları pozanlar hansısa formada cəzalandırılmırsa, onda belə qərarların nə faydası? Ümumiyyətlə partiyalar arasında gedən böhtan, təhqir, kompromat davasında moratorium, yəni müvəqqəti dayanmaq, çəkinmək nə deməkdir? Olmazmı siyasi mübarizədə birdəfəlik təhqirdən, alçaldıcı damğalardan əl çəkmək və siyasi rəqabəti ağıllı, mədəni, arqumentli təhlillər və diskussiyalar çərçivəsində aparmaq? Yoxsa elə çıxır ki moratoriumdan sonra yeni böhtan, təhqir, söyüş və kompromat davranış modellərinə qayıtmaq olar?”.

Hərəkat rəsmisi qeyd edib ki, moratorium oyunlarından asılı olmayaraq, iki aparıcı partiyanın sivil, tolerant və mədəni rəqabət apara bilməməsi, tənqidə və fərqli mövqeyə dözümsüzlüyü, bir-biriləri ilə yola gedə bilməməsi və xırda intriqalara qapılması müxalifəti hara aparır və cəmiyyətə nə vəd edir?

“Bəlkə düşünək?! Bəlkə liderlərimizi bütləşdirməyək?! Bəlkə özümüzə də bir az tənqidi yanaşaq?! Bəlkə partiya maraqlarından daha çox ölkənin, xalqın, vətəndaşların maraqları ilə hesablaşaq?!”-deyə Z. Quliyev bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm