Siyavuş Novruzov:”İŞİD-lə bağlı məsələdə Türkiyəyə dəstək verməliyik”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov:”İŞİD-lə bağlı məsələdə Türkiyəyə dəstək verməliyik”

Millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü növbədənkənar iclasında Türkiyə diplomatlarının İŞİD təşkilatı tərəfindən girov götürülməsinə münasibət bildirib.

Publika.Az-ın məlumatına görə, deputat çıxışı zamanı parlamentdən bu məsələyə dəstək olunmasını tələb edib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün qardaş ölkədir: “Əgər bu gün türk diplomatlarına qarşı bu cür addımlar atılırsa, deməli bu hərəkət bizə qarşı da edilir. Bu baxımdan, NATO Parlament Assambleyasının 86-cı “Rose-Routh” seminarının yekun bəyənnaməsində Assambleyanın prezidenti də NATO ölkələrindən xahiş etdi ki, bu məsələyə dəstək göstərsinlər. Hesab edirəm ki, biz də hansısa formada bu məsələyə dəstək göstərməliyik”.

S. Novruzov qeyd edib ki, seminarda müzakirə olunan məsələlərdə Ermənistandan gələn deputatların əsas informasiya mənbəyi Azərbaycanda olan bir sıra müxalifət partiyalarıdır: “Erməni deputatlar bir sıra QHT-lərin materiallarını misal gətirərək Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər səsləndirirdilər. Dəfələrlə dediyimiz kimi, bu da onu gösətirir ki, müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür. Onlar həmişə erməni və digər düşmənlərlə əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hər hansı bir mənfi informasiya yayılsın. Həmin seminarda da bunun şahidi olduq”.

S.Novruzov əlavə edib ki, müxalifət partiyaları parlamentdə QHT-lərlə bağlı qanun layihəsinə edilən dəyişikliklərin tamam başqa bir formada müxtəlif beynəlxalq təşkilatlara çatdırırlar ki, guya QHT-lər hüquq mühafizə orqanlarının nəzarəti altına düşür, hər dəqiqə onlara hesabat verirlər.

”Qeyd etməliyəm ki, həmin qanunda konkret olaraq şəffaflıq məsələsi ortaya qoyulub ki, QHT-lər xaricdən aldığı qrantı hansı formada xərcləməyi barədə ictimaiyyətə məlumat verilsin. Maraqlıdır ki, qanunda hansı qəbahətli iş var? Beynəlxalq təşkilatlardan şəffaflıq tələb edildiyi halda, onlar istəyir ki, verdiyi vəsaitləri qeyri-şəffaf şəkildə xərcləsinlər. Hesab edirəm ki, qanun layihəsi aydın şəkildə bir daha ictimaiyyətə şərh olunmalıdır”-deyə o bildirib.

Spiker Oqtay Əsədov isə milət vəkili Siyavuş Novruzovun səsləndirdiyi fikirlərə belə münasibət bildirib: “Bir daha təkrar edirəm ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Azərbaycanın milli maraqları hər şeydən öndə gedən məsələdir. Əgər milli maraqlarda Azərbaycanın mövqeyini dəstəkləməyən və buna zidd fikirlər söyləyən varsa, həmin şəxsləri bütün media nümayəndələri görür. Bir- iki qəzetdən başqa heç bir yerdə bu haqda məlumat görmədim. Lakin kimsə bir-birini söysə, bütün mətbuatda bu barədə yazılar dərc olunur. Ona görə bu məsələləri parlamentlə yanaşı, mediada da qabartmaq lazımdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm