“ABŞ Azərbaycanda 2015-ci ildə “rəngli inqilab”a hazırlaşır” – Şok iddia
Bizi izləyin

Nida.az

“ABŞ Azərbaycanda 2015-ci ildə “rəngli inqilab”a hazırlaşır” – Şok iddia

Yalnız sadəlövh düşünə bilər ki, Vaşinqton “İraq və Şam İslam Dövləti”nin hərəkətlərinə nəzarət etmir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər rusiyalı jurnalist Yuri Qorodnenkonun “RİA-Novosti” xəbər agentliyində dərc olunan bir yazısında yer alıb.

Jurnalist ABŞ-ın dünyadakı münaqişələrdə və “rəngli inqilab”larda iştirakından bəhs edib. “Bu terror qruplaşmasının maliyyələşdirilməsində Qətər iştirak edir. Burada ABŞ Silahlı Qüvvələrinin Orta Şərq, Şərqi Afrika və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı yerləşir. Bu təşkilatın planlarında İran, İraq, Suriya, Qazaxıstan və Mərkəzi Asiyaya qarşı əməliyyatlar yer alıb”, - yazıda bildirilir.

Y.Qorodnenko İraqda ərəblərdən başqa, kürdlər, ermənilər və azərbaycanlılar, həmçinin türklər, azərbaycanlılar, qazaxlar, özbəklər, qırğızlar və tatarlara etnik baxımdan yaxın olan İraq türkmənlərinin yaşadığını bildirir. Onun fikrincə, bu Cənubi Qafqaz və Orta Asiyada gələcək çevrilişlər təşkili üçün “perspektivli material”dır: “Rəngli inqilablar”ın təcrübəsi göstərir ki, Vaşinqton hakimiyyətin zorakı yolla devirməsi üçün seçki kampaniyalarından istifadə edir. Xatırlatmaq yerinə düşər ki, 2015-ci ildə Azərbaycanda, 2016-cı ildə Gürcüstanda, 2017-ci ildə isə Ermənistanda parlament seçkiləri keçiriləcək. Xəzərə çıxmaq və karbohidrogen ehtiyatlarının dünya bazarına ixracı sahəsindəki sabitləşmiş münasibətlər sistemini pozmaq ABŞ-ın Ukraynadan sonra növbəti hədəfidir”.

Rusiyalı jurnalist qeyd edir ki, burada təmiz iqtisadi hədəfdən başqa, həm də psixoloji hədəf var: “Hədəf bütün dünyanın gözündə Rusiyanı alçaltmaq, onu “zəifliyi”ni nümayiş etdirməkdir. İlk növbədə Çinə və İrana. Bu səbəbdən Rusiya Donetsk və Luqanska yardım etmək üçün hər şeyi edir. Tamamilə aydındır ki, Rusiya Ukraynanın cənub-şərq sakinlərini heç vaxt verməyəcək. Donetskdəki mübarizə yalnız Ukraynanın federasiya halına salınması və ya Rusiya sərhədlərinin təhlükəsizliyi üçün aparılmır. Bu həm də Qərblə elan edilmiş müharibədir”.

Məşhur avtomobil istehsalçısı "Ford Motor Company" şirkətinin qurucusu olan Henry Fordun “50 zəngin amerikalını təcrid edin və müharibələr başa çatacaq” ifadəsini xatırladan Y.Qorodnenko hesab edir ki, yalnız bu halda Vaşinqton Avrasiya qitəsindəki müharibələr və çevrilişlərdən əl çəkəcək.

“Bu gün təcavüzkar ABŞ-ı yalnız bir yolla dayandırmaq olar: Amerikalıları qovmaq, “beşinci kolonna”nı bütün Avrasiyadan Amerika qitəsinə geri göndərmək. Ukraynalı, erməni, belorus, qazax, qırğız, çinli, hindli, alman və ya fransız olmasından asılı olmayaraq, bu işdə Rusiyaya kömək etmək hər kəsin borcudur”, - rusiyalı jurnalist sonda yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm