Cəbhə bölgəsində təhlükəsizlik hasarı çəkilməlidir
Bizi izləyin

Nida.az

Cəbhə bölgəsində təhlükəsizlik hasarı çəkilməlidir

”Erməni tərəfi cəbhədə atəşkəsi pozmaqla mülkü vətəndaşları, onların evlərini hədəfə alıb. Düzdür, bizim ordumuz düşmənə layiqli cavab verir. Amma erməni snayperlərinin mülkü vətəndaşları hədəfə alması məsələsi ciddi qaldırılmalıdır”.


Publika.Az xəbər verir ki, bu barədə deputat Qənirə Paşayeva Milli Məclisi bu gün keçirilən iclasında bildirib. Deputat beynəlxalq təşkilatlara müraciət etdiklərini bildirib:

“Onlar hər məsələyə çevik reaksiya verdiyi təqdirdə mülkü vətəndaşların, qadınların və yaşlı insanların hədəfə alınmasına reaksiya vermirlər. Əliyeva Ətayə düz evinin qarşısında vurulub. Digər bir xanım nəvəsini ərazidən çıxaranda vurulub. Buna diqqət edilməlidir. Hesab edirəm ki, təhlükəsizlik diivarlarının çəkilməsini sürətləndirmək lazımdır.

Görünən budur ki, Ermənistan bu cür əməllərindən əl çəkməyəcək”.



Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm