Milli Məclis bir sıra qanunlara dəyişiklik etdi
Bizi izləyin

Nida.az

Milli Məclis bir sıra qanunlara dəyişiklik etdi

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sirri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, layihə barədə məlumat verən birinci vitse-spiker Ziyafət Əsgərov bildirib ki, qanuna təklif edilən dəyişikliklərin texniki xarakter daşıyır: “Bir də bu dövlət sirri məsələsinin həvalə edildiyi şəxslərin siyahısına dəyişikliklər təklif olunur”.

Deputat Aytən Mustafayeva isə bildirib ki, Azərbaycan müharibə aparan bir dövlətdir və bu dəyişikliyi dəstəkləyir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclis “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişiklik edilib.

Publika.az xəbər verir ki, qanunlara edilən dəyişikliklərin məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini “Dövlət sirri haqqında” Qanuna uyğunlaşdırmaqdır.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” Qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur. Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub.

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” Qanuna uyğun olaraq keçiriləcək. Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd edilib.
Qanun layihəsinə dəyişikliklər səsə qoyularaq qəbul olunub.

Milli Məclis həmçinin Vergi Məcəlləsinə də dəyişikliklər edib.

Publika.az xəbər verir ki, dəyişikliklər barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziya Səmədzadə deyib ki, bu bank hesablarından vergi tutması ilə bağlıdır: “Bununla məqsədli vergidən yayınmanın qarşısı alınacaq”.

Qeyd edək ki, bu dəyişiklik daha çox Azərbaycanda fəaliyyət göstərən əcnəbilərlə bağlıdır. Məqsəd informasiyanın gizlədilməsinin qarşısını almaqdır. Bu dəyişikliyə uyğun olaraq Milli Məclis “Sığorta fəaliyyəti haqqında”, “Banklar haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlar dəyişdirilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm