Dövlət Komitəsi Milli Məclisdə sərt tənqid olundu
Bizi izləyin

Nida.az

Dövlət Komitəsi Milli Məclisdə sərt tənqid olundu

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Dövlət Statistika Komitəsinin fəaliyyətini sərt tənqid ediblər.

Publika.az xəbər verir ki, statistik məlumatların yanlış verilməsinə görə cərimənin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bildirib ki, Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: “Statistika Komitəsinin məlumatı ya yanlış olur, ya da insanların hissiyyatına toxunan formada verilir. Əhalinin son siyahıya alınması zamanı açıqlanan statistik məlumatlar buna bariz nümunədir. Bu məsələlərə aydınlıq gətirilməlidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Statistika Komitəsinin hətta deputatlara təqdim etdiyi statistik hesabatlarda ciddi səhvlər və qeyri-dəqiq məlumatlar olur: “Bunu Statistika Komitəsinin sədrinin diqqətinə çatdıracam”.

Milli Məclis yanlış statistik məlumat verilməsinə görə cəriməni 35-50 manatdan 300 mantdan 700-dək artırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm