Azərbaycanla Hindistan arasında önəmli - MÜQAVİLƏ
Bizi izləyin

Nida.az

Azərbaycanla Hindistan arasında önəmli - MÜQAVİLƏ

Xarici işlər nazirinin müavini Xələf Xələfov Hindistan Respublikasının ölkəmizdəki səfiri Vinod Kumarı qəbul edib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Hindistan Respublikasının ölkəmizdəki səfiri Vinod Kumarı qəbul edib.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişafı üzrə fikir mübadiləsi aparılıb. Həmçinin Hindistanda parlament seçkilərindən sonra yeni parlamentin və hökumətin formalaşdığına diqqət çəkilərək, münasibətlərimizin inkişafına yönəlmiş qarşılıqlı səylərin davam etdiriləcəyi vurğulanıb.

Görüşün sonunda "Azərbaycan Respublikası və Hindistan Respublikası arasında təslimetmə haqqında Müqavilə"si və "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə"sinin ratifikasiya fərmanlarının mübadiləsi haqqında protokollar imzalanıb. Bu protokolların imzalanması ilə qeyd olunan müqavilələr 20 iyun 2014-cü il tarixindən qüvvəyə minib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm