Ramiz Mehdiyev Şah İsmayıldan yazdı
Bizi izləyin

Nida.az

Ramiz Mehdiyev Şah İsmayıldan yazdı

«Bu dəyərli toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı «Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında» məqaləsi ilə açılır».


Bu sözləri AMEA Nizami adına Ədəbiyyat İnstitutunda «Şah İsmayıl Səfəvi: Tarixi diplomatik sənədlər toplusu» kitabının təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, institutun direktoru İsa Həbibbəyli dilə gətirib və daha sonra əlavə edib:

«Akademik Ramiz Mehdiyev, hər zaman olduğu kimi, bu dəfə də son dərəcə dəqiq, uzaqgörən fikirləri ilə bizləri düşündürür. Məqalənin əhəmiyyətini yalnız Şah İsmayıl Səfəvi ilə məhdudlaşdırmaq düzgün deyil, həmçinin XVI əsrdə mənəvi varlığımızın aynası kimi dəyərləndirilməlidir».

AMEA-nın yaydığı xəbərə görə, bu gün təqdimatı düzənlənən yeni nəşrdə 53 tarixi-diplomatik sənəd toplanıb. Onların 3-ü hökmdar fərmanı, 1-i fətva, 49-u müxtəlif məzmunlu məktublardır.

Daha sonra akademik Vasim Məmmədəliyevin «Tarixi diplomatiklik və müasirlik» mövzusunda məruzəsi dinlənilib.

Təqdimat mərasiminə qatılanlar bu istiqamətdə araşdırmaların Azərbaycanın dövlətçilik tarixi üçün son dərəcə önəmli olduğunu söyləyiblər. /azadliq.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm