Azərbaycanın gənc diplomatları YUNESKO-da təcrübə keçəcək -Saziş
Bizi izləyin

Nida.az

Azərbaycanın gənc diplomatları YUNESKO-da təcrübə keçəcək -Saziş

Saziş Azərbaycan Respublikasının gənc mütəxəssislərinin YUNESKO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində YUNESKO-nun Baş Qərargahında təşkilatın Baş Direktoru İrina Bokova ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-YUNESKO münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.E.Məmmədyarov ölkəmizin YUNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini və ötən il iyulun 18-də Azərbaycan ilə YUNESKO arasında imzalanmış əməkdaşlıq haqqında Çərçivə Sazişinin bu münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulamışdır.

İ. Bokova Azərbaycanın YUNESKO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirərək, ölkəmizin YUNESKO-nun qlobal missiyasına dəstək verməsinin və onun işinə daha fəal cəlb olunmasının təqdirəlayiq hal olduğunu qeyd edib. O, YUNESKO ilə əlaqələrimizin inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulayıb.

Görüş əsnasında Elmar Məmmədyarov və İrina Bokova tərəfindən Azərbaycan və YUNESKO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalamışlar.

Saziş Azərbaycan Respublikasının gənc mütəxəssislərinin YUNESKO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm