Azərbaycanda yeni partiya yaradılır
Bizi izləyin

Nida.az

Azərbaycanda yeni partiya yaradılır

Lakin təşkilatlanmaq, siyasi mübarizədə status almaq üçün partiyaya çevriləcəyik. Bu zamana bağlıdır, lakin mütləq olacaq

Azərbaycanda daha bir hərəkat- “Azərbaycan 13” hərəkatı partiyaya çevriləcək. Bu barədə hərəkatın rəhbəri, politoloq Ərəstun Oruclu Publika.Az –a açıqlamasında deyib.

Lakin Ə. Oruclu bildirib ki, bu zaman bağlı olan məsələdir: “Hazırda təşkilatımız var, bizim üçün birinci məsələ gündəmdir. Gündəmi izləyir, müzakirələr aparırıq. Müasir partiya, hərəkat, təşkilat yaratmaq üçün bu zəruri işdir. Təəssüf ki, tərəfdaşlarımız bundan yararlanmırlar. Biz isə bundan başlamışıq. Sıralarımızı genişləndiririk, əməkdaşlıq məsələlərinə diqqət yetiririk. Yalandan deyək ki, bu gün partiya yaradırır, bu gündəm yaratmaq olar. belə məsələlər səmərəsizdir. Səmərəli həm siyasətdə, həm də digər sahələrdə cəmiyyət üçün olan dəyərli kadrlar yetişdirməkdir. Hər şey bundan ibarətdir və bundan başlayır.

Partiyaya çevrilməksə formaldır. Bu “Siyasi partiyalar haqqında” qanunla tənzimlənir. Biz eyni fəaliyyəti, mübarizəni hərəkat olaraq aparırıq. Lakin təşkilatlanmaq, siyasi mübarizədə status almaq üçün partiyaya çevriləcəyik. Bu zamana bağlıdır, lakin mütləq olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm