Əli Həsənov cəbhə xəttindəki gərginlikdən danışdı
Bizi izləyin

Nida.az

Əli Həsənov cəbhə xəttindəki gərginlikdən danışdı

Ermənistan tərəfi təmas xəttində bu cür gərginliklər yaratmaqla günahı Azərbaycanın üzərinə atmağa və Azərbaycanın guya müharibə ritorikasını təbliğ etməsini beynəlxalq aləmə çatdırmaq istəyir. Bununla da Ermənistan tərəfi beynəlxalq aləmin diqqətini real

Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər cəbhə xəttində Ermənistan ordusunun atəşkəs rejimini mütəmadi olaraq pozmazı və bununla gərginlik yaratmasına münasibət bildirib.

PA-nın şöbə müdiri Ə.Həsənov Publika.Az-a açıqlamasında deyib: “Çox təəssüf edirik ki, Ermənistan yenə də cəbhə xəttində gərginliyi davam etdirir. Əlbəttə ki, onların bununla bağlı öz məqsədləri var. Bu gərginliyi davam etdirmək bir tərəfdən Ermənistanın daxili siyasətinə hesablanıb.

Yəni, Ermənistan tərəfi bununla daxilində hakimiyyətdən narazılıqları və çıxışları bu formada ört-basdır etmək istəyir. Digər tərəfdən isə əsas məqam odur ki, son illər Ermənistana qarşı beynəlxalq təzyiqlər artıb. Ermənistanı qeyri-konstruktiv addımlardan çəkindirmək istiqamətində müəyyən təzyiqlər artıq ciddi xarakter alıb. Artıq Ermənistan öz işğalçılığını beynəlxalq aləmdə hər hansı formada gizlətməkdə çətinlik çəkir. Ona görə də Ermənistan tərəfi təmas xəttində bu cür gərginliklər yaratmaqla günahı Azərbaycanın üzərinə atmağa və Azərbaycanın guya müharibə ritorikasını təbliğ etməsini beynəlxalq aləmə çatdırmaq istəyir. Bununla da Ermənistan tərəfi beynəlxalq aləmin diqqətini real işğal faktından uzaqlaşdırmağa çalışır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm