• USD 1,7022 0,00% EUR 1,9408 +2,11%
    • GBP 2,2052 +1,96% RUB 0,0288 +1,04%

Müxalifət mitinqə hazırlaşır - GİZLİ

  • Nida.az
  • 23 İyun 2014 11:13
  • 1 213 Baxış
Müxalifət mitinqə hazırlaşır - GİZLİ

Azərbaycan müxalifət sentyabr ayında böyük mitinqə hazırlaşır.

Publika.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, müxalifətin Milli Şuraya daxil olan kəsimi, eləcə də bu quruma yaxın QHT-lər sentyabr ayında Bakıda böyük mitinq keçirmək niyyətindədirlər. Mənbə mitinqin əsas şüarlarının insan haqları, demokratiya olacağını bildirib.

“Müxalifət Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetində sədrlik etdiyi halda ölkədə vəziyyətin pis olmasını əldə şüar edərək bu addımı atacaq. Mitinqin icazəli olmasına çalışacaqlar, amma digər variantlar üzərində də düşünülür",- deyə məlumatda bildirilir.

Ən maraqlısı isə mitinqə hazırlığın gizli formada aparılmasıdır: “Mitinqin vaxtı elan edilənə qədər hazırlıq gizli saxlanılacaq. Bu dəfə hökumətdən şəhərin mərkəzi yerlərindən biri istəniləcək”.

Mənbə iddia edib ki, mitinq Qərb ölkələrinin Bakıdakı səfirliklərindən biri tərəfindən koordinasiya ediləcək. Lakin o, konkret hansı səfirliyin olduğunu açıqlamaqdan imtina edib. Bildirib ki, mitinqə müəyyən qədər maliyyə yardımı da ayrılacaq.

“Əsas təşkilatçı isə AXCP-dir. Amma mitinq Milli Şuranın bayrağı altında keçiriləcək”,- deyə mənbə bildirib.


Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR