Bakıya gələn ermənilərə görünməmiş “sürpriz” hazırlanır
Bizi izləyin

Nida.az

Bakıya gələn ermənilərə görünməmiş “sürpriz” hazırlanır

“Bu dəfə ermənilərin Bakıya gəlməsinə reaksiyamız daha kəskin və sərt olacaq. İndiyə qədər olan etirazlarımızın daha yüksək və görünməmiş formasını seçəcəyik”.

Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Publika.az-a açıqlamasında, iyunun 27-də ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü yay sessiyasına erməni deputatların da qatılmasına münasibət bildirərkən deyib.

QAT sədri qeyd edib ki, Bakıda keçirilən NATO PA-nın seminarı zamanı onların etirazı bir qədər yumşaq oldu: “Cəmiyyətdə də belə fikirlər yaranıb ki, ermənilər gəlsin, bizim uğurları görsünlər. Biz sözümüzü deyək, qansalar da, qanmasalar da, özləri bilər. Amma onlar gəldilər və özlərini çox həyasız formada göstərdilər. Restoranlarda oturdular, şəhəri gəzdilər. Gedəndən sonra da Azərbaycan haqda ağızlarına gələni danışdılar.

A. Nağı deyib ki, onların məqsədi ermənilərin ayağını Bakıdan kəsməkdir.
“Ona görə də bu dəfə daha fərqli, görünməmiş etiraz edəcəyik. İndidən heç nə demək istəmirəm, zamanı gələndə hər kəs görəcək. Böyük “sürprizimiz” olacaq”,– deyə təşkilat sədri bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm