Nida.az
İlham Əliyev Azərbaycan və Rusiya arasında əməkdaşlıqdan danışdı
"Sizi - V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarını ürəkdən salamlayıram. Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilib".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələdə öz işinə başlayan V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciətində deyib. Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Azərbaycan Prezidenti müraciətində bildirib ki, şübhəsiz ki,
bugünkü tədbir də əldə edilmiş uğurların təhlili və aktual
məsələlərin müzakirəsi, prioritet sahələrin və birgə fəaliyyətin
yeni formalarının müəyyən edilməsi üçün faydalı olacaq:
"Forumun Azərbaycan dövlətçiliyinin qədim tarixini özündə qoruyan Qəbələ şəhərində keçirilməsi əlamətdar hadisədir. Gözəl təbiəti, etnik və dini müxtəlifliyi ilə fərqlənən bu bölgə respublikamızın mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilib. Son illər Qəbələdə həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri burada yerli və beynəlxalq əhəmiyyətli nüfuzlu tədbirlərin təşkil edilməsinə imkan verir. Hesab edirəm ki, növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu da yüksək səviyyədə və işgüzar mühitdə keçəcək".
Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan və Rusiya
subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığın
inkişafı üçün böyük potensial mövcuddur: "Bizim ölkələrimizdə
etibarlı tərəfdaşlıq münasibətlərinin bərqərar olması və əlverişli
investisiya mühitinin mövcudluğu regionlararası iqtisadi əlaqələrə
özəl biznesin daha aktiv cəlb edilməsi üçün lazımi şərait yaradır.
İndiyədək energetika, kənd təsərrüfatı, bank işi, turizm və
nəqliyyat sahələrində əldə edilmiş müsbət təcrübədən çıxış edərək
biz yaxın gələcək üçün yeni məqsədləri müəyyən edə bilərik. Eləcə
də əməkdaşlığımızın vacib komponentləri olan humanitar inkişaf və
informasiya mübadiləsi sahələrinə diqqət artırılmalıdır. Bunun üçün
layihələr və aydın perspektivli işlək mexanizmlər hazırlamaq
lazımdır".
Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, forum
iştirakçıları təqdim edilmiş imkanları layiqincə qiymətləndirərək
gündəlikdə duran bütün məsələlər üzrə konstruktiv müzakirələr
keçirəcəklər, xalqlarımız arasında tarixən mövcud olan dostluq
əlaqələrinin gələcəkdə dərinləşməsinə istiqamətlənən qərarlar qəbul
edəcəklər və Azərbaycan-Rusiya münasibətlərinin inkişafına
əhəmiyyətli töhfə verəcəklər: "Forumun işinə uğurlar, sizin hər
birinizə cansağlığı və yeni nailiyyətlər arzulayıram!"
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?