• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Mehman Əliyev: “Həbs oluna bilərəm”

  • Nida.az
  • 25 Yanvar 2014 13:03
  • 645 Baxış
Mehman Əliyev: “Həbs oluna bilərəm”

“Səs yazısının yayılması 2 məsələyə görə ola bilər. Bunun birincisi Ukrayna hadisələridir. Ola bilsin ki, Kiyevdə etiraz edən qüvvələrin Qərblə inqilabi danışıqlar aparması fikrini Ukrayna cəmiyyətində yaymaqla etirazların səngiməsinə nail olmaq istəyirlər. Azərbaycanla bağlı isə plan o ola bilər ki, vətəndaş cəmiyyətinə hökumətin nəzarətini daha da gücləndirmək istəyirlər. Azərbaycanda hakimiyyəti dəyişməklə bağlı heç bir danışıqdan söz getmir”.

Bu sözləri “Axar.az”a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev yayılan gizli səs yazısına münasibətini açıqlayarkən dedi. O bildirdi ki, yayılan səs yazısı həm də onun özünə qarşı istifadə üçün nəzərdə tutulub:

“Səs yazısının yayılmasının Azərbaycanla bağlı hissəsi QHT sektorunu zəiflətməyə hesablanıb”.

Mehman Əliyev yayılan səs yazısı ilə bağlı həbs olunmasını da istisna etmədi:“Mənə qarşı təzyiqlər hər zaman olub. Həbs olunmaq təhlükəsi indi də var”.

Qeyd edək ki, yanvarın 23-də ölkənin bir sıra aparıcı qəzet və saytlarına “yuriykot@mail.ua” ünvanından audioyazı gəlib. Audioyazıya əlavə edilən qeyddə bildirilir ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə “hakimiyyət çevrilişi məqsədi” ilə maliyyələşdirmək fikrindədir. Audioyazıda özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xaqani Hüseynov arasında telefon danışığı əks olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR