Vladimir Putin və İlham Əliyev Qarabağ problemini müzakirə edib
Bizi izləyin

Nida.az

Vladimir Putin və İlham Əliyev Qarabağ problemini müzakirə edib

Bu gün Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti olub.

Publika.az-ın Kommersant.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Saytın yazdığına görə, telefon söhbətində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, həmçinin regional məsələlər üzrə fikir mübadiləsi olub. “Münaqişənin sülh yolu ilə həlli axtarışında Rusiyanın hər cür köməyi göstərməyə hazır olduğu bildirilib”,– Kremlin mətbuat xidməti qeyd edib.

Məlumata görə, iki dövlət başçısı Rusiya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm