İqbal Ağazadə keçmiş silahdaşlarını kimlərlə əvəzləyir?
Bizi izləyin

Nida.az

İqbal Ağazadə keçmiş silahdaşlarını kimlərlə əvəzləyir?

İqbal Ağazadədən keçmiş silahdaşlarını kimlərlə əvəzləyir?

Ümid Partiyasının sədri İqbal Ağazadə partiyadan ilginc təyinata imza atıb.
Publika.az xəbər verir ki, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Ümid Partiyasının beynəlxalq münasibətlər və strateji məsələlər üzrə sədr müavini təyin edilib.

Qeyd edək ki, Ramin Hacılı “Dalğa” Gənclər Hərəkatının (Dalğa GH) təsisçilərindən biri və ilk sədri (2005-2006), 2006-cı ilin sentyabrından 2013-cü ilin sentyabrına kimi Demokratik İslahatlar Partiyasının (DİP) Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub. O, 2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həllində vətəndaş Cəmiyyətinin rolu” mövzusunda təşkil olunan müzakirələrə qatılıb.

2012-ci ilin 17 fevral tarixindən etibarən Azərbaycan Avropa Hərəkatının prezidentidir.

Xatırladaq ki, İ. Ağazadə iyunun 4-də 9 müavinindən 6-nın və partiyanın İcra Aparatı rəhbərinin tutduqları vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. O, keçmiş silahdaşlarını 2015-ci il parlament seçkilərinə hesablanmış “125-lər klubu”nun üzvləri ilə əvəzləməyə üstünlük verir. Təsadüfi deyil ki, “125-lər klubu”ndan Tamilla Məmmədova Beynəlxalq şöbəyə, həmin klubun üzvləri ilə yaxınlığı ilə seçilən Ramil Hacılı beynəlxalq münasibətlər və strateji məsələlərə rəhbərlik edəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm