Nida.az
Qənirə Paşayeva Ermənistanı biabır etdi
Millət vəkili Qənirə Paşayeva AŞ PA-nı azərbaycanlı köçkünlərin çağırışlarına cavab verməyə və onların Ermənistan tərəfindən pozulan huquqlarını müdafiə etməyə çağırıb.
AŞ PA-da çıxışı zamanı millət vəkili, Azərbaycanın AŞ PA-dakı
nümayəndə heyətinin üzvü Q.Paşayeva Ermənistanın törətdiyi
cinayətlərə toxunaraq təşkilatı bu kimi hallara son qoymaq üçün
Ermənistana təzyir göstərməyə cağırıb. O, ilk növbədə, Ermənistanın
atəşkəsi pozaraq mülki vətəndaşları hədəfə almasından danışıb:
"Azərbaycanla Ermənistan arasında ön cəbhə regionlarından birinin
nümayəndəsi olaraq sadəcə son 4 gündə regionda mövcud məsələləri
diqqətinizə çatdırmaq və Assambleyanı bu məsələyə diqqətini
artırmağa çağırmaq istərdim. 4 gün əvvəl Ermənistan Silahlı
Qüvvələri müntəzəm şəkildə atəşkəsi pozaraq mülki azərbaycanlıları,
onların evlərini atəşə tutmuşlar. 4 gün əvvəl millət vəkili olaraq
təmsil etdiyim Tovuz rayonunun Əlibəyli kənd sakini, mülki şəxs
Ənayət Əliyeva Ermənistan silahlı qüvvələrinin onun evini atəşə
tutması nəticəsində yaralanmış, ailə üzvləri isə ciddi sarsıntılar
keçirmişlər. 3 gün əvvəl 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı
nəvəsi də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutularaq
yaralanmışdılar. Mülki şəxslərin snayperlər tərəfindən vurulması
kimi bu cür faktlara digər ön cəbhə ərazilərində də rast gəlinir.
Biz AŞ PA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi üzrə aparılan danışıqlara zərbə vuran hərəkətləri
dayandırmağı tələb etməyə çağırırıq".
Ermənistanın 20 ildir Azərbaycan torpaqlarını işğalda saxlamaqda
davam etdiyini vurğulayan millət Q.Paşayeva "AŞ PA bütün haqları
Ermənistan tərəfindən pozulan və öz evlərinə dönə bilməyən
azərbaycanlı məcburi köçkünlərin səsini duymalı və Ermənistana
qarşı sərt mövqe nümayiş etdirməlidir" deyib:
"Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən
tanınan ərazi bütövlüyünü pozub və artıq 20 ildən artıqdır ki,
torpaqların bir hissəsini işğal altında saxlayır və BMT
Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası
tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur, bu gün də onlar
Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etmir, 100 minlərlə
məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir və
snayperləri mülki şəxsləri atəşə tutmaqda davam edirlər. Cəbhə
bölgəsində yaşayanlar sizdən AŞ PA-nın 1416 saylı qətnaməsinin
yerinə yetirilməsini gözləyirlər. Biz Assambleyanı bu məsələni
ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə
çağırırıq. Mən 1 milyon qaçqın və məcburi köçkün adından deyirəm
ki, onlar 20 ildir ki, öz doğma torpaqlarına və evlərinə dönə
bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük
pozuntusudur. AŞ PA Avropa Şurası üzv dövlətlərindən birinin
ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd
yanaşmamalı və bu məsələlərə ciddi yanaşmalıdır. AŞ PA-da bu məsələ
ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq. Bu
məsələ ilə bağlı apardığımız müzakirələrin tarixini xatırlayaq,
təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞ PA-nın qeyd edilən
qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk
etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma
evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9
il keçməsinə baxmayaraq, Ermənistan onu yerinə yetirməkdən imtina
edir. Azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən səylərinizi
daha da artırmanızı gözləyirlər. Sadəcə müzakirələr aparmaq və
sənədlər qəbul etmək kifayət deyil. Bu adamlar sizi qəbul etdiyiniz
qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi
nəzarət həyata keçirməyə, daha effektiv mexanizmləri tətbiq etməyə
və onların pozulmuş hüquqlarını müdafiə etməyə və bu məsələ ilə
bağlı müzakirələr aparmağa çağırırlar. Mən Assambleyanı bu
insanların səsini duymağa və 1416 saylı qətnamənin yerinə
yetirilməsi üçün öz təsir və təzyiq mexanizmlərini gücləndirməyə
çağırıram".
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ