Nida.az
Riçard Morninqstar Bakıda ziyafət verdi
Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri qeyd etmək üçün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar hökumət rəsmiləri, vətəndaş cəmiyyəti üzvləri və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə qəbul keçirib.
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Publika.az-a erilən məlumata görə, açılış nitqində səfir qonaqları birgə çalışmağa çağırıb bildirib ki, insan alverçilərinə qarşı böyük miqyaslı müştərək cəza kampaniyaları, insan alveri qurbanlarının müdafiə olunması və zəif təbəqənin istismar olunmasının qarşısının alınması ümumbəşəri bəla olan insan alverinə qarşı mübarizə aparmağın ən səmərəli yoludur".
Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycan hökuməti insan alverinə dair cinayət işlərinin hüquqi çərçivəsini daha da genişləndirmək və gücləndirmək istiqamətində mühüm səylər göstərib. Eyni zamanda, qurbanların reabilitasiyası və sosial reinteqrasiyasına kömək naminə mövcud xidmətlərin artırılması məqsədi ilə hökumət QHT sektorundan olan tərəfdaşlarla münasibətlər qurub.
Səfir qeyd edib ki, ABŞ insan alverinə qarşı mübarizə üzrə Azərbaycandan olan tərəfdaşları ilə birgə işləyərək hüquq mühafizə və qanunvericilik təlimləri keçirib, rəsmi nümayəndələrin və QHT təmsilçilərinin tanışlıq səfərlərini maliyyələşdirib, eləcə də insan alveri qurbanları üçün sığınacaqların fəaliyyətinə maddi dəstək verib: "ABŞ cinsi istismar və məcburi əməyə qarşı mübarizə aparmaq üçün Azərbaycanla birgə işləməyə sadiqdir. Müasir dövrün köləliyinə son qoymaq və beləliklə, ölkədəki kişi, qadın və uşaqların ləyaqətini təmin etmək üçün birgə işləməliyik".
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR