Elçibəyin məzarına sirli ziyarət
Bizi izləyin

Nida.az

Elçibəyin məzarına sirli ziyarət


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu gün doğum günü münasibətilə Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

Diqqətçəkən məqamsa partiyanın ziyarəti AXCP ilə birlikdə təmsil olunduğu Milli Şuradan ayrılıqda etməsidir. Belə ki, KXCP ziyarəti səhər saat 10:00-da gerçəkləşdirdi. Milli Şura isə onlardan sonra ziyarət etdi.
KXCP sədrinin müavini Xəzər Teyyublu Publika.az-a açıqlamasında deyib ki, ziyarətin Milli Şuradan ayrılıqda reallaşması partiyanın qərarıdır: “Biz saat 10:00-da bəyin məzarı önündə anım mərasimi keçirtdik. Daha sonra Elçibəyin doğum günü ilə bağlı Ali Məclisin iclası keçirilməli idi. Hazırda bu iclas davam edir. İki böyük kütləvi tədbiri vaxt baxımından çatdırmaq üçün belə bir addım atıldı”.

Qeyd edək ki, Milli Şurada təmsil olunan AXCP və KXCP Elçibəyin ölümündən sonra varislik məsələsi üzərində mübarizə aparırlar. Bununla yanaşı, KXCP-nin Milli Şura daxilində narazı qüvvə olması da bugünkü ziyarət baxımından diqqətçəkəndir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm