Lavrovun Bakı səfərinin pərdəarxası – İddia
Bizi izləyin

Nida.az

Lavrovun Bakı səfərinin pərdəarxası – İddia

“Rusiya Ermənistanın Avrasiya İttifaqına üzvlüyü məsələsini Azərbaycanla razılaşdırıb”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni mətbuatına açıqlamasında erməni siyasi analitik Smbat Karaxanyan deyib.

Siyasi analitik Ermənistanın Avrasiya inteqrasiya layihələrinə qoşulmasını sadə olmayan proses hesab edir.

S.Karaxanyan Ermənistanın qarşısında Dağlıq Qarabağ və gömrük rüsumları ilə yanaşı xeyli problemlərin olduğunu bildirib.

“Rusiya Ermənistanın Avrasiya İttifaqına üzvlüyü barədə Qazaxıstanla münaqişənin yaranmaması üçün məsələni Azərbaycan hakimiyyəti ilə dəqiqləşdirməyə qərar verdi. Moskva Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərində arzuolunan nəticəni əldə edə bildi. Bundan sonra Dağlıq Qarabağ məsələsi Avrasiya inteqrasiya layihələri çərçivəsində müzakirə edilməyəcək. Bu məsələ ATƏT-in Minsk Qrupunun formatına daxildir”,– S.Karaxanyan deyib.

Erməni analitik hesab edir ki, Ermənistan dolayısı ilə ya Dağlıq Qarabağdan imtina etməli, və ya onu Azərbaycan tərkibində olduğunu tanımalı idi. Amma o, Rusiyanın bu vəziyyətin qarşısını aldığını vurğulayıb.

S.Karaxanyananın fikrincə, Ermənistan gələcəkdə Avrasiya inteqrasiya layihələrinə qoşulacaq: “Bu məsələ artıq həll edilib. Düşünmürəm ki, hansısa sürprizlər olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm