ABŞ kəşfiyyatının “kölgəsi”ndən Azərbaycanla bağlı şok məqalə
Bizi izləyin

Nida.az

ABŞ kəşfiyyatının “kölgəsi”ndən Azərbaycanla bağlı şok məqalə

ABŞ kəşfiyyatının “kölgəsi”ndən Azərbaycanla bağlı şok məqalə


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) qeyri-leqal qolu hesab edilən “Stratfor”un rəhbəri Corc Fridman Cənubi Qafqaz, xüsusilə regionun əsas ölkəsi olan Azərbaycana Rusiyanın təsiri və mümkün dəyişiklikləri analiz edib.

Publika.az xəbər verir ki, məqalə müəllifi hesab edir ki, Ukrayna böhranı üzündən Rusiya və Qərb arasında baş verən çatlar dalğası tezliklə Cənubi Qafqaza çata bilər.

Belə ki, Avropa Rusiyada enerji asılılığını azaltmaq üçün fikrini Azərbaycanda cəmləşdirib. Buna paralel olaraq Rusiya da Qafqazda fəaliyyətini gücləndirir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda buna nail ola bilir. Əsas dəyişikliklər dalğası hələ tam aydın deyil, amma Rusiyanın regionda həyəcanlı diplomatik gedişləri deməyə əsas verir ki, hər şey mümkündür.

Regionda Gürcüstan Qərbyönümlü çıxış edir və Rusiyaya arxa çevirmiş durumdadır. Rəsmi Tiflis Avropa İttifaqı və NATO-ya qoşulmağa çalışır. Faktiki olaraq onlar NATO yolu üzərində 2008-ci ildə Rusiya ilə müharibə apardı. Digər tərəfdə Qərbə arxasını çevirmiş Rusiyanın sadiq dostu Ermənistan və Qafqazda Rusiya ilə əlaqələrinə görə Ermənistanla rəqabət aparan Azərbaycan var.

Azərbaycan konkret olaraq Qərbyönümlü, yaxud Rusiyayönümlü deyil. Bakı enerji resurslarından balanslaşdırılmış siyasəti üçün uğurla istifadə edir. Regiona bağlı ölkələrdən Türkiyə Azərbaycanla güclü əlaqələrə malikdir. Burada həm də enerji marşrutları mühüm rol oynayır.

Ermənilərinsə məlum soyqırımı məsələsinə görə Türkiyə ilə münasibətləri soyuqdur. Əvəzində İran Ermənistanla möhkəm münasibətlərə malikdir. Amma Azərbaycana şübhə ilə yanaşır. Çünki Bakı İsrail ilə təhlükəsizlik əlaqələrinə malikdir və Şimali İranda böyük azərbaycanlı kütləsi var.
Bütövlükdə regiona ABŞ-ın baxışına gəlincə, Vaşinqton bütün Qafqaz ölkələrində təsirə malikdir, lakin bu münasibətlər heç biri ilə hansısa öhdəlik üzərində qurulmayıb. Bu əlaqələr daim dəyişilir, bəzən yüksəlir, bəzən zəifləyir və hər dəfə bütün regiona təsirini göstərir. Bu, Rusiya və Qərbin arasındakı qarşıdurmada özünü daha çox biruzə verir.

Böyük çat Ukraynada baş verdi, lakin bu, başqa yerlərdə də öz təsirini göstərir. Avropa Birliyini seçən Gürcüstan eyni prosesə məruz qalır. Rusiya Ukraynada Krımı ilhaq edərək separatçılara dəstək verməklə müəyyən gedişlər edə bildi. İndi isə Gürcüstanın Avropa yolu onu yuxudan ayıldır. Moskva hələ ki Gürcüstana qarşı Abxaziya və Cənubi Osetiya kartından istifadə edir.

Burada əsas olan isə Azərbaycandır. Çünki regionda təsirə malik olan təkcə Rusiya deyil. Qərb Avropanın enerji asılılığının açarını Qafqazda- Azərbaycanda görür. Türkmənistan qazının, hansı ki, bu İran və İraqdakı ehtiyatlardan da böyükdür, Azərbaycan vasitəsilə çıxarılması layihəsi gündəmdədir. Bu baxımdan, Qərb Bakının yollar axtarışını dəstəkləyir. Lakin bu Avropanı qaz asılılığında saxlayan Rusiyaya ciddi çağırışdır. Moskva artıq hərəkətə keçib. Misal üçün Azərbaycanla bu sahədə əməkdaşlıq sazişi imzalayır, eləcə də Bakının çox istədiyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xeyli aktivləşib. İyunun 23-də Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə məsələni müzakirə etməsi də buna nümunədir.

Eyni gündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşdü və söz verdi ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı vasitəçi rolunu oynayacaq. Rusiya Ermənistanla güclü siyasi əlaqələrə malik olduğu üçün Qarabağ məsələsinin həllində əsas rol oynayan tərəfdir və Ermənistanın əsas hərbi müttəfiqidir. Lakin Moskva yaxşı anlayır ki, indiki məqamda Azərbaycanda Qafqazda neytral saxlamaq lazımdır.

Qərbin Qafqaza doğru səylərini artırması və hazırki vəziyyət isə bölgədəki ölkələri seçimlərini yenidən gözdən keçirtməyə məcbur edir. Hansı ki bütün seçimlər masadadır.

C. Fridman son olaraq qeyd edir ki, Qafqazda və Azərbaycanda xüsusi maraq dairəsi genişlənən ABŞ çətin vəziyyətlərdə regionu itirməmək naminə bütün hakimiyyətləri yenidən qurmaq potensialını işə sala bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm