Cəmil Həsənli Elçibəyi mücahidlərə bənzətdi
Bizi izləyin

Nida.az

Cəmil Həsənli Elçibəyi mücahidlərə bənzətdi

“XX əsr Azərbaycan tarixinin çox önəmli şəxsiyyətlərindən birinin doğum günüdür. Elçibəy böyük çətin və şərəfli yol getmiş və ağır mübarizə əzmi daşıyan mücahid olub”.

Publika.az xəbər verir ki, bu barədə Milli Şura sədri Cəmil Həsənli Əbülfəz Elçibəyin məzarını ziyarət edərkən deyib. Onun fikrincə, Elçibəy 60-70-ci illərdə müstəqil fikir daşıyıcısı olan bir gənclik ordusu yetişdirib. “Elçibəy ADR-in baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə müqayisə oluna biləcək şəxsiyyətlərdəndir.

Gənc nəslin müstəqil həyata hazırlanmasında Əbülfəz bəyin bir müəllim kimi əhəmiyyəti böyükdür. O, mənim müəllimim olub. Heç vaxt jurnal yoxlamazdı. Çünki onun dərsini hər kəs səbirsizliklə gözləyirdi. Mən çalışırdım ki, onun bütün mühazirələrində iştirak edim. Onun tələbələrə dediyi mühazirələr milli davada bizlərə çox böyük kömək etdi”,– deyə o bildirib.

Qeyd edək ki, bu gün eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür. Bu münasibətlə müxalifət ayrılıqda Elçibəyin məzarını ziyarət edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm