Arif Hacılı Milli Şuranın sənədinə atdığı imzadan danışdı
Bizi izləyin

Nida.az

Arif Hacılı Milli Şuranın sənədinə atdığı imzadan danışdı

Milli Şuranın təşəbbüsü ilə Azərbaycan ictimaiyyəti adından ölkənin Avropa Birliyinin Assosiasiya sazişinə qoşulmasına çağıran bəyannamə qəbul edilib.

Bəyannamədə diqqətçəkən məqam imzalar arasında müsavatçıların da olmasıdır. Müsavat Milli Şuradan ayrıldıqdan sonra bu qurumla bütün əlaqələri kəsmişdi, hətta nə Məmməd Əmin Rəsulzadə, nə də Əbülfəz Elçibəyin məzarını ziyarət zamanı da bir araya gəlmirdilər. Lakin Milli Şuranın müəllifi olduğu sənədin altında Müsavat başqanı İsa Qəmbər və partiyanın icra aparatının rəhbəri Arif Hacılının da imzaları var.

A. Hacılı bununla bağlı Publika.az-a açıqlamasında deyib ki, bu ümumi olaraq ictimaiyyətə təqdim olunan sənəddir: “Sənəddə qeyd olunduğu kimi, tanınmış şəxslər öz imzalarını atıblar. Sənədin müəllifləri də bizim rəyimizi öyrənmək üçün müraciət etdilər. Biz də sənədi imzaladıq. Burda qeyri-adi heç nə yoxdur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm