“Rusiya Avrasiya İttifaqının əvəzinə Azərbaycandan xərac istəyir”- Şok iddia
Bizi izləyin

Nida.az

“Rusiya Avrasiya İttifaqının əvəzinə Azərbaycandan xərac istəyir”- Şok iddia

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin Publika.az-a müsahibəsi


- Erməni mediası iddia edir ki, Lavrov Azərbaycana səfəri zamanı rəsmi Bakıdan Ermənistanın Avrasiya İttifaqına daxil olmasına maneə yaradan məktubunu geri götürməsini istəyib. Rəsmi Bakının bununla razılaşdığı iddia olunur. Siz necə düşünürsünüz?

- Bunları şayiələrdir. Məktub var, bunu geri götürmək mümkün deyil. Rusiya da, Ermənistan da bəyan edib ki, İrəvan Avrasiya İttifaqında BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində iştirak edəcək. Bunun hamısını bizim üçün məqbul hesab etmirəm. Çünki faktiki olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirib. Avrasiya İttifaqına daxil olanda da Dağlıq Qarabağla birgə gedəcək. Halbuki Dağlıq Qarabağ azad olunmamış, yaxud statusu təyin olunmamış Ermənistan heç bir ittifaqa qəbul edilə bilməz. Məsələnin məğzi budur. İndi kim bunu hansı formada təqdim etmək istəyirsə, bu başqa məsələdir.

- Yəni Ermənistan ittifaqa qəbul edilməyəcək?

- Niyə edilməsin ki. Məgər Ermənistan Qarabağı qanuni surətdə işğal edib, yaxud Rusiya qanuni surətdə təcavüzkar dövlətlərlə hərbi ittifaq bağlayıb?
Rusiya-Ermənistan əlaqələri qanunsuzluğa, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına əsaslanır. Həmçinin bu, Azərbaycan torpağında əlavə erməni dövləti yaratmağa hesablanmış əlaqələrdir. Tarixdə hər şey ədalətli olmur, əksinə, ədalətsizliklər daha çoxdur

- Rusiyanın Dağlıq Qarabağ məsələsində son vaxtlar aktivləşməsini necə qiymətləndirirsiniz? Hansı ki, Vladimir Putin Prezident İlham Əliyevlə bu məsələni telefonda müzakirə etdi.

- Mən Rusiyanın bu məsələdə bizə kömək etməsinə inanmıram. Rusiya ya Azərbaycanı Avrasiya İttifaqına qəbul etmək istəyir, ya da bunun qarşılığında Azərbaycanda böyük məbləğdə xərac istəyir. Görüntü yaratmaq üçün Azərbaycanla Ermənistanı dilə gətirib nəsə etmək kimi addımlar atırlar. Amma vaxtilə də belə görüntü olmuşdu. Heydər Əliyev Levon Ter-Petrosyanla Moskvada görüşdü və birgə bəyanat verdilər ki, tezliklə münaqişə həll ediləcək. Bu Rusiyanın köməyi ilə verilən bəyanat idi. Bəs nə oldu, o bəyanat hara getdi? Ortada hələ də bir şey yoxdur.

- Yəni buna ümid etməyə dəyməz?

- Mən ümid etmirəm. Kim ümid edirsə, özü bilər.

- Bu addımın həm də ABŞ-ın prosesdən kənarlaşdırılması, eləcə də regionda təsirlərinin azaldılması məqsədilə atıldığı da deyilir.

- Bilirsiniz, hamı oyun oynayır. ABŞ Rusiyanın Avropaya təsirini azaltmaq, Rusiya da ABŞ-ın Cənubi Qafqaza təsirini azaltmaq istəyirlər. Bunların hamısı oyundur. Dünyada belə mübarizələr həmişə olub, bundan sonra da olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm