“Azərbaycan ərazi bütövlüyü probleminə öz töhfəsini verə bilər”
Bizi izləyin

Nida.az

“Azərbaycan ərazi bütövlüyü probleminə öz töhfəsini verə bilər”

“Azərbaycan ərazi bütövlüyü problemi ilə üzləşib. Hesab edirəm ki, Avropa Şurasındakı sədrliyi dövründə belə problemlərin həllinə öz töhfəsini verə biləcək”.

Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə Publika.az-a açıqlamasında deyib. Millət vəkili Prezident İlham Əliyevin AŞPA-dakı çıxışını yüksək qiymətləndirib. Bildirib ki, beynəlxalq təşkilatlarda Azərbaycanın bu cür təmsilçiliyi vacibdir: “Biz Avropa Şurasının üzv ölkəsiyik.

Bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan torpaqlarının işğalını pisləyən qətnamə qəbul edib. Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, AŞ, eləcə də digər beynəlxalq qurumlar beynəlxalq hüququn dəyərlərinə arxalanaraq münaqişənin həllində ədalətli mövqe tutacaqlar. Azərbaycan dövlət başçısının çıxışının da bu istiqamətdə irəliləyişə səbəb ola biləcəyini düşünürəm”.
A. Mollazadə Azərbaycanın açıqladığı prioritet məsələlər arasında Ukrayna böhranının da olması haqda danışarkən deyib ki, Azərbaycan ərazi bütövlüyü məsələsinə həmişə hörmətlə yanaşıb.

“Bu cür problemlərdə həmişə beynəlxalq hüququn aliliyini əsas götürüb. Biz beynəlxalq təşkilatları da problemlərə ərazi bütövlüyü çərçivəsində yanaşmağa çağırırıq. Çünki faktiki olaraq ortada qanun pozuntusu var, bunu dilə gətirmək lazımdır. Hesab edirəm ki, Azərbaycan da bu problemlərin hüququn aliliyi çərçivəsində həllinə öz töhfəsini verə bilər”,– deyə komitə üzvü bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm