Arif Hacılı: “Qurultayın təxirə salınması gündəmdə deyil”
Bizi izləyin

Nida.az

Arif Hacılı: “Qurultayın təxirə salınması gündəmdə deyil”

“Müsavatın qurultayının yaxın günlərdə keçiriləcəyi şübhəsizdir. Qurultayın təxirə salınması məsələsi gündəmdə deyil”.

Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.az-a açıqlamasında partiyanın qurultay məsələsinə münasibət bildirərkən deyib.

A. Hacılı qeyd edib ki, qurultayla bağlı qəti qərar yaxın günlərdə veriləcək.
“Əsas problem yerlə bağlıdır. Biz bu problemin həll olunması istiqamətində daha təsirli tədbirlər görməyə çalışacağıq. Qurultayla bağlı yekun və konkret qərarlar partiya Məclisinin iclasında veriləcək”,– deyə Müsavat yetkilisi bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm