Nida.az
“O alçaqları lənətləyirəm, pisləyirəm” – YAP-çı deputatdan Avropaya ÇAĞIRIŞ
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqədar ölkə başçısı İlham Əliyevin iyunun 24-də AŞ Parlament Assambleyasında çıxışı zamanı təxribata cəhd olunmasına münasibət bildirib.
YAP-çı deputat H.Mirələmov Publika.az-a açıqlamasında “Sərhədsiz Reportyorlar” təşkilatının bu hərəkətini sərt şəkildə pisləyib:
“O alçaqları lənətləyirəm, pisləyirəm. Onlar Azərbaycanı sevməyən adamlardır. Onların qəlbində də başqa ambisiyalar var. Mən o adamlara da məsləhət görürəm ki, aktyorluq etməsinlər. Siyasət meydanında aktyorluq etmək olmaz. Əgər onlar aktyor olmaq istəyirsə, o zaman gəlsinlər bizim Milli Dram Teatrına. Çünki Dram teatrı qəzetdə elan verib ki, professional aktyor axtarırlar. Onlar da gəlib burada sınaqdan keçsinlər. Yoxsa ki, siyasi səhnədə aktyorluq yaramır”.
Deputat Avropanın bəzi beynəlxalq təşkilat adamlarını da Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsinə görə tənqid edib:
“Avropa da elə bilir ki, biz ömrümüz boyu onlardan öyrənməliyik. Ancaq onlar tarixi yaxşı bilmir. Avropalılar yaxşı bilməlidir ki, tarixən də Şərq Avropaya, Qərbə nümunə olub. Bu gün də Avropa Şərqin mədəniyyətini və elmini tətbiq edir. Avropalılar səhv yoldadır. Onlar yuxudan ayılmalıdır və Azərbaycanın inkişafını görüb bizdən nə isə öyrənməlidir. Mən təklif edirəm ki, Avropalılar gəlib Azərbaycandan, bizim prezidentimizdən yaxşı məsələləri öyrənsinlər. Onlar Azərbaycan mədəniyyətini, tarixini öyrənsələr, bu, onları inkişafa apara bilər”.
Vasif Həsənli
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK