Nida.az
II Qarabağ savaşının qalibi kim olacaq?- Bakı və İrəvanın silah arsenalı
Dağlıq Qarabağ münaqişəsinin əsas tərəfləri olan Ermənistan və
Azərbaycan bir çox sahələr üzrə kəskin fərqlənir. Azərbaycanın
üstünlük təşkil etdiyi bu müqayisədə hər iki ölkənin ordu
potensialı arasında da uçurum fərqi görünür. Ortada münaqişə var və
hər an başlaya biləcək II Qarabağ müharibəsi baxımından orduların
müqayisəsi maraqlıdır.
Publika.az Azərbaycan və Ermənistanın malik olduğu silah
arsenalı barədə araşdırma aparıb.
Azərbaycan: Beynəlxalq hərbi mərkəzlərinin
yaydıqları hesabata görə, Azərbaycan silah arsenalını xüsusən
2002-ci ildən etibarən gücləndirməyə başlayıb. Azərbaycanın silah
aldığı ölkələrə İsrail, Türkiyə, Ukrayna, Rusiya, Belarus, CAR,
Bosniya və Herseqovina və digərləri daxildir.
Məlumatlara görə, Azərbaycan Türkiyədən 2010-cu ildə Azərbaycan
Türkiyədən 70 ədəd, 2011-ci ildə isə açıqlanmayan sayda “Cobra”
tipli ZTR, 80 ədəd müxtəlif zirehli texnika alıb. 2011-ci ildə
tərəflər arasında 36 ədəd 155 mm-lik T-155 “Fırtına” özüyeriyən
haubitsaların alğı-satqısına dair müqavilə bağlanıb. Həmçinin
Türkiyə tərəfindən 2010-cu ildə Azərbaycana 107 mm-lik T-107
reaktiv atəş sisteminin, 2011-ci ildə isə 120 mm-lik HY1-12 tipli
minaatanların istehsalına lisenziya verilib.
İsraildən alınan silah arsenalı isə bunlardır:
2010-2011-ci illərdə İsrail şirkətləri tərəfindən Azərbaycan
Ordusunun inventarındakı T-72 tankları və BMP-2 tipli piyadaların
döyüş maşınları modernləşdirilib. Tanklarda Elbit Systems
şirkətinin TİSAS adlı atış kontrol sistemləri qurulub. Bundan
başqa, Azərbaycan İsraildən 9 ədəd “Links” reaktiv yaylım atəş
sistemləri, 120 mm-lik “Cardom” minaatanları (say açıqlanmır),
“Spike-SR/LR” tipli tank əleyhinə raket kompleksi (say açıqlanmır),
16 ədəd “Aerostar”, 2 ədəd “Hermes-450”, 16 ədəd “Heron-1”, 16 ədəd
“Orbiter-2M” tipli pilotsuz uçuş aparatı, 9 “Barak-8” kompleksi (75
raket), 2 ədəd EL/M-2080 “Gren Pine” hava hücumundan müdafiə
sistemi alıb. Həmçinin İsrail lisenziyası əsasında Azərbaycanda 30
“Aerostar” və 30 “Orbiter-2M” pilotsuz uçuş aparatı kompleksinin
istehsalına dair sifariş alınıb.
Təxminən iki il öncə açıqlanan daha bir məlumata görə,
Azərbaycan İsraildən 1,6 milyard dollarlıq silah alıb.
Ötən dövrdə Azərbaycanın silah və hərbi texnika alğı-satqısında
əsas tərəfdaşı Ukrayna olub. Belə ki, 2003-2006-cı illərdə
Azərbaycan Ukraynadan 48 ədəd T-72M1 tankı, 2005-ci ildə 2 ədəd
BMP-1 tipli piyadaların döyüş maşını, 2006-cı ildə 3 ədəd BTR-3U
“Qardian”, 2007-ci ildə 61 ədəd, 2009-cu ildə 71 ədəd BTR-70 tipli
ZTR, 2007-2010-cu illərdə 54 ədəd 122 mm-lik 2S1 “Qvozdika”,
2009-2010-cu illərdə 16 ədəd 152 mm-lik 2S3 “Akasiya” tipli
özüyeriyən haubitsa, 2006-2007-ci illərdə 55 ədəd 122 mm-lik D-30A
haubitsası, 2004-2007-ci illərdə 144 ədəd 120 mm-lik PM-38
minaatanı, 2004-2005-ci illərdə 12 ədəd BM-30 “Smerç” reaktiv atəş
sistemi, 2006-2011-ci illərdə 16 ədəd Miq-29 tipli döyüş təyyarəsi,
2006-cı ildə 12 ədəd L-39 “Albatros” tipli təlim təyyarəsi,
2009-2010-cu illərdə 12 ədəd Mi-24G tipli zərbə helikopteri,
2007-2008-ci illərdə 10 kompleks “Strela-3” zenit-raket kompleksi
satın alıb.
Rusiya da Azərbaycanın ən çox silah idxal etdiyi ölkələrdəndir.
2000-ci illərin əvvəllərindən bu günə qədər Azərbaycan Rusiyadan
müxtəlif tipli hərbi və aviasiya texnikaları alıb. 2010-cu ildə
Rusiya tərəfindən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə 2021-ci
ilədək Bakıda 120 min ədəd AK-74M tipli avtomatın istehsalına
lisenziya da verilib.
Məlumatlara görə, Rusiyadan 2006-cı ildə 62 ədəd T-72 tankı,
2011-ci ildə açıqlanmayan sayda T-90S tankı, 2007-ci ildə 24 ədəd
BTR-80A, 2012-ci ildə 2 ədəd “Skorpion LŞA”, 2 ədəd “Skorpion
LŞA-B” tipli zirehli transportyor, 2009-cu ildə açıqlanmayan
miqdarda “Kornet” tipli tank əleyhinə idarə olunan raket
kompleksinin satın alındığı qeyd olunub. Bundan başqa, 2008-ci ildə
Azərbaycanla Rusiya arasında 6 ədəd Mi-17V1, 2009-cu ildə 2 ədəd
Ka-32A, 40 ədəd Mi-17V1, 2010-cu ildə 4 ədəd Ka-32PS, 24 ədəd
Mi-35M, 20 ədəd Mi-17V-1 tipli helikopterin, 1 ədəd Mi-24 tipli
helikopter simulyatorunun, 2007-ci ildə 16 ədəd S-300pmu-2
“Favorit” zenit-raket kompleksinin, 2010-cu ildə 60 ədəd X-95E
“Uran” gəmi əleyhinə raketin satın alınmasına dair müqavilələr
bağlanıb. Ümumilikdə Rusiya ilə bağlanmış hərbi alğı-satqı
müqavilələrinin dəyəri 1 milyard 647 milyon dollardan çox olub.
Azərbaycan 2005-2006-cı illərdə Belarusdan da 60 ədəd T-72 tankı,
2008-2009-cu illərdə 12 ədəd 203 mm-lik 2S7 “Pion”, 2009-2010-cu
illərdə 30 ədəd 122 mm-lik D-30 haubitsası, 2009-2010-cu illərdə 6
ədəd Su-25 “Qraç” tipli hücum təyyarəsi satın alıb. Bundan başqa,
Belarus şirkətlərinin iştirakı ilə 2007-2009-cu illərdə 36 kompleks
“Osa”, 2009-2011-ci illərdə 27 kompleks S-125 “Peçora” zenit-raket
sistemi modernləşdirilib. Modernləşmədən sonra S-125 TM “Peçora-2T”
səviyyəsinə yüksəldilib. 2012-2014-cü illərdə daha 27 S-125
“Peçora” kompleksinin modernləşdirilməsi nəzərdə tutulur.
Azərbaycanın əsas hərbi texniki tərəfdaşlarından biri də CAR-dır.
2009-2011-ci illərdə CAR-ın “Paramount Group” şirkətindən 45 ədəd
“Marauder” və 45 ədəd “Matador” tipli minaya qarşı qorumalı
nəqliyyat vasitəsinin Bakıda istehsalına lisenziya alınıb.
Sifarişin böyük hissəsi icra edilib. Bundan başqa, CAR firmaları
tərəfindən 12 ədəd Mi-24 tipli zərbə helikopteri modernləşdirilərək
Mi-24 Super Hind Mk.IV səviyyəsinə çatdırılıb.
Son dövrlər ABŞ da Azərbaycana silah baxımından yardım edib. Belə
ki, ABŞ Almaniyadan 2 ədəd TRML-3D tipli dəniz radarı alaraq
Azərbaycana verib. Bundan başqa, Gürcüstandan 7 ədəd Su-25/UB
“Qraç” tipli döyüş təyyarəsi, Bosniya və Herseqovinadan 10 ədəd 128
mm-lik RAK-12 “Plamen” reaktiv atəş sistemi satın alınıb. Buna
paralel olaraq, Azərbaycanın hərbi sənayeni inkişaf etdirmək
istiqamətində addımları da diqqətdən yayınmır.
Qeyd edək ki, bu məlumatlar beynəlxalq mərkəzlərin
araşdırmalarından götürülüb. Rəsmi məlumatlar deyil. Amma hesab
etmək olar ki, bu aysberqin yalnız görünən hissəsidir. Həmçinin son
iki ildə Azərbaycan silah idxalını xeyli artırıb. Bu ilin dövlət
büdcəsindən orduya 3,8 milyard dollar vəsaitin ayrılması da
Azərbaycanın hərbi potesialının göstəricisidir.
Ermənistan: Bu ölkənin dövlət büdcəsinin
Azərbaycanın hərbi büdcəsindən aşağı olması ortadakı fərqin əsas
göstəricisi hesab olunmalıdır. Ölkənin silah arsenalına gəldikdə
isə, erməni rəsmilərinin yaratdığı mifin əksinə olaraq beynəlxalq
hərbi mərkəzlərin hesabatları reallığı göstərir.
Məlumatlara görə, Ermənistan Hərbi Hava Qüvvələri (HHQ) Cənubi Qafqazın ən zəif aviasiyası hesab olunur. Belə ki, HHQ-nin inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İl-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə isə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç sovetlər birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün ümumiyyətlə əlverişli deyil. Lakin başqa məlumatlara görə, Bakı və Abşeron yarımadası SSRİ-nin möhkəmləndirilmiş hava hücumundan müdafiə rayonlarından olub. Belə ki, havadan müdafiəyə görə Bakı Moskva, Leninqrad və Kiyevdən sonra dördüncü şəhər hesab olunurdu.
Erməni silahlı qüvvələri 3 ədəd T-54, 5 ədəd T-55 və 160 ədəd T-72 tankı, 10 ədəd BMD-1, 80 ədəd BRDM-2, 869 ədəd BMP-1, 98 ədəd BMP-2, 25 ədəd BTR-60, 228 ədəd BTR-70, 50 ədəd BTR-80, 145 ədəd zirehli rabitə maşını, 50 ədəd BM-21 “Qrad” və Ural maşınlarının bazasında 9A51 “Prima” reaktiv yaylım atəş sistemi, “Akatsiya” 2S3, “Qvozdika” 2S1, 90 ədəd D-30, habelə Çin istehsalı olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlərinə, 152 mm çaplı M1955 və 2A36, 29 ədəd T-12 tank əleyhinə topa malikdir. Qeyd edək ki, Qarabağ separatçıları Avropada Adi Silahlar Haqqında Cinah Sazişini tanımır və onlar bu sazişə məcbur edilmirlər. Dağlıq Qarabağdakı hərbi birləşmələr (bunlar Qarabağ separatçılarının balansında olduğundan tərkibi açıqlanmır) isə 316 tank, 324 zirehli personal daşıyıcı, 44 ədəd reaktiv yaylım atəş sistemi, 322 ədəd 122 və daha böyük çaplı artilleriya qurğularına malikdir.
Erməni ordusunda şəxsi heyət “Vahan” avtomatı, K-3 hücum tüfəngi (xüsusi təyinatlı qüvvələrin arsenalındadır), AK-47, AK-74, AKS-74U, PK pulemyotu, NSV (avtomat), SVD və “Zastava M93” snayperi, RPG-7 əl qumbaraatanı kimi yüngül silahlarla silahlanıb.
Bundan başqa, Rusiya tərəfindən Ermənistana silah yardımı edildiyi məlum məsələdir. Lakin iki ölkə ordusunun müqayisəsi açıq şəkildə Azərbaycanın üstünlüyünü göstərir.
Bu baxımdan, müdafiə naziri Zakir Həsənovun “Azərtac”
müsahibəsində “Ermənistanda hərbi obyekti və yaşayış
məntəqəsini darmadağın edə bilərik” açıqlaması təsadüfi
hesab edilməməlidir.
Asif Nərimanlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR