Elşən Musayev: “Biz soruşanda ki, Əli Kərimlinin bu qədər pulu hardandır…”
Bizi izləyin

Nida.az

Elşən Musayev: “Biz soruşanda ki, Əli Kərimlinin bu qədər pulu hardandır…”

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. Publika.az həmin yazını təqdim edir.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. Publika.az həmin yazını təqdim edir.

***

Dünya və Avropa Azərbaycanla bağlı hər zaman mücərrəd bir nöqteyi nəzər ifadə edib. Eyni zamanda davamlı olaraq özünə belə bir sual ünvanlayıb: Azərbaycanda iqtidarmı bu qədər güclüdür, yoxsa müxalifətmi göründüyü qədər zəif? - Hər halda bu sualın cavabı ən azındanbizlərə bəllidir. Hətta deyim ki, siyasət aləmində bəsirət gözü açıq olan bütün xarici qüvvələrə də məlumdur. Amma məsələ burasındadır ki, həmin o beynəlxalq dairələrin bir də “Gülümsərov sayağı” ekspriment maniyası var. Eyni zamanda artıq xroniki forma alan təkəbbür nümunəsi. Nə deməkdir bu? – İzahını verim. Əvvəla, güclü sosial bazası olan müxalifət həmin dairələrə ilk öncə hakimiyyətə təzyiq etmək üçün lazımdır – bu bir! İkincisi, qeyd etdiyim forma mövcud olmadığında belə ən azından həmin fonu yaratmağa çalışırlar – Yəni, biz arxalarında durmuşuq, siyasətdə oksigen faktoru olan maliyyə ilə onları dirçəldə bilərik və s ilaxır. Həm də bilə-bilə ki, xalqın iradəsi olmayan yerdə belə bir prosesə əl qoymaq, onu ərsəyə gətirmək xaos və insan qırğınından başqa heç nəyi vəd eləmir. Yaxşı bəs Azərbaycanla bağlı vəziyyət nədir? - Drammatik və qeyri-qənaətbəxş! Təbii yenə də onların prizmasından. Niyə? Çünki, son seçki də daxil olmaqla radikal müxalifətə illər uzunu maya qoydular alınmadı. Cəmil Həsənli, İbrahimbəyov kimi yedəkləri beynəlxalq dairələrdə min cür hoqqabazlarla görüşdürdülər yenə faydası olmadı. Hətta “Milyarderlər İttifaqı”yaratdılar, ATƏT-i üzərimizə yönəltdilər, ya da canım sizə desin- ölkəmizdəki səfirlərin müxalif başbilənlərlə separat formada bir araya gəlməsini belə düzüb qoşdular- Yenə fayda yox ki, yox...Bax, əsl buna çaşıb qalıblar. Çaşıb qalıblar ki, bu qədər pul, bu qədər azuqə kimlərin cibinə gedir, sərəncamına keçir. O ciblər haqqında isə bir az sonra danışacayıq...

***

Deməli belə. Ayın 21-dən etibarən Avropa Şurasının nümayəndələri Azərbaycandadır. Elə eyni adlı hadisə ilə bağlı yalnız “Azadlıq”qəzetinin manşetindən götürdüyüm 2 xəbər başlığını sizlərin diqqəti-nəzərinə çatdırmaq istəyirəm. 1) “Dünən AŞPA-nın Azərbaycana təhkim etdiyi məruzəçilər müxalifət təmsilçiləri ilə görüşüb”. 2) “Müxalifət liderləri AŞPA –dan gələn nümayəndələri baykot elədi”

Bax belə yerdə deyirlər: qabiliyyətinə şükür, məntiq yiyəsi! Görüşmək nədir, baykot nədir? Baykot nədir, üzbə-üz oturub sövdələşmə aparmaq nədir? Rusun sözü olmasın, bunların “krişa”sı deyəsən doğrudan uçub e... Və ya radikal müxalifət üçün baykot anlayışının mahiyəti bilirsinizmi hansı detallardan ibarətdir? – Söhbətə girməkdən, onu xırdalamaqdan, lazım gəlsə hətta xırdalanmaqdan və nəhayət özlərinə sərf etmədiyində qapını örtüb buxarlanmaqdan. O qapı ki, bizim müxalifətimiz üçün həmişə üzü bayıra açılıb...

Hələ sizə kimdən deyim?- İsa Qəmbərdən. Adam Avropa Şurasını da ənənəvi müxalifətin gözünə qatıb, onlardan küsüb. Təxminən “mən sizlə oynamıram, danışmıram, üz vurmayın barışmıram”- formatına bənzər bir ritorika ilə. Üstəgəl siyasətdəki əl oyuncaqlarını da alıb yanına, yaşlı nəslin nümayəndələri demişkən ortalıqda fason çıxarır. Səbəb də nə imiş? – Avropa Şurasının nümayəndələri bayaq haqqında danışdığım görüşlə bağlı dəvətnaməni İsa Qəmbərə qeyri-ənənəvi üsulla göndəribmişlər. Daha doğrusu, həmin dəvətnamə birbaşa “Müsavat” başqanına deyil, İsa Qəmbərin söylədiyinə görə artıq partiya sıralarını tərk edən birinə təhvil verilibmiş. Bu isə bəyin xətrinə deyib və adam da çağırılan məkana getməmə qərarı alıb. Oysa getsəydi, çox güman Avroplalıların daşını daş üstdə qoymayacaqdı, onları bir xarizmatik baxışla sındıracaqdı. Hətta bilmək olmaz, bəlkə də dünyanın düzənini belə dəyişdirəcəkdi...

Təbii, yuxuda ya da xəyallarında!!!

Amma, dediyim kimi getmədi. Hətta Avropa Şurasının”Bizim tədbirlərimizdə görünmək istəmirsinizmi?- sualına, daha doğrusu sorğusuna israrla “Yox”- deyə cavab verdi... Yaxşı bəs bu imtinanın əsl səbəbi nə idi? – Heç şübhəsiz Əli Kərimli və onunla qarşı-qaşıya gəlmə məziyyəti. Niyə? Çünki, artıq 2 aydır bu siyasi ünsürlər bir-birinə qarşı açıq və amansız kompromat savaşına başlayıblar. Inanilir və inanılmaz şeylər söyləyirlər. Məsələn bu yaxınlarda ”Yeni Müsavat”da Əli Kərimli ilə bağlı çox maraqlı bir “material” dərc olundu: 150 min dollarlıq maxinasiya haqqında. Həm də tam tutarlı faktlarla!

Özəl təfsilatlara varmayacam. Çünki, cəmiyyət artıq bu hadisənin detalları haqqında məlumatlıdır. Sadəcə bir məqama toxunmaq istəyirəm: Biz soruşanda ki, Əli Kərimlinin sərəncamında olan bu qədər mülk, bu qədər avtomobil, cangüdən, muzdlu yazarlar hardandır?- anındaca söhbətin istiqamətini dəyişirdilər. İndi isə artıq eyni adlı ittihamlar özləri tərəfindən bir-birinə tuşlanır və istiqamətlənir. Ya da belə deyək: Bunlar hələ müxalifətçi ola- ola yüz minlərin, milyonların haqq-hesabını edirsə, görün əllərində hakimiyyət olsa nə oyunlar çıxararlar, bu ölkənin sərvətini hansı formada talan edərlər...

***

Və nəhayət, madam ki söhbətimizin əvvəlinə Avropa ilə başladıq, elə sonunu da Avropa ilə bitirək. Çoxlarının yaxşı tanıdığı bir beynəlxalq təşkilat var: “Human Rights Watch”. Daha doğrusu bilinmir - bu beynəlxalq təkilatdır, yoxsa radikal müxalifətin xaricdəki bürosumu. Əlqərəz, hər kvartalın sonunda Azərbaycan hakimiyyəti əleyhinə hesabatlar və bəyanatlar verirlər. Həmin “cızma-qaralar”ın növbətisi isə 3 gün bundan öncə mətbuatda dərc edilib...

Həmin hesabatı oxuyandan sonra bilirisnizmi özüm üçün hansı qənaəti hasil elədim? - Bu gün beynəlxalq dairələrdə pul silməyin ən gözəl yolu elə bu tərz təşkilatları ərsəyə gətirməkdir. Hərəsinin də təhkim olunduğu bir ölkə var və “Human Rigts Watch”-ın da çörəyi Azərbaycan iqtidarını söyməkdən keçir. Həm də birmənalı şəkildə!

Demək istədiyim nədir? –Maxinasiya söhbəti bir tək Əli Kərimli dairəsi ilə məhdudlaşmır. Həndəvər daha genişdir. Və ya, onların xaricdə də filialları var, eyni zamanda durmadan bir-birinə dəstək verməkdədirlər. Bəzənsə özləri də bilmədən bir-birinin torbasını tikməkdə...

P.S. Məsələn, Mehman Əliyev söhbətində olduğu kimi....

Oxumağa davam et
Reklam
Reklam

Gündəm