Nida.az
Nazir hərbi planları açdı
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 96 il ötür. 26
iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan
Milli Ordusunun yaranması haqqında qərar qəbul edib. Qərar uğurlu
olub və qısa müddətdə yaradılan Milli Ordu Qafqaz İslam Ordusu ilə
birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas
edib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il
oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə
qərar qəbul edilib. 1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu
özünün ilk əməliyyatını həyata keçirib. Hazırda Cənubi Qafqazda ən
güclü və hazırlıqlı ordu hesab edilir, dünya ordularının sırasında
isə 50-ci yerdədir.
Müdafiə naziri Zakir Həsənov Milli Ordu günü ərəfəsində ANS TV-nin
qonağı olub və Mir Şahinin suallarını cavablandırıb.
- Сənab nazir, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkürümüzü
bildiririk. Birinсi sualım son zamanlar Ermənistan ordusunun
fəallaşmasının səbəbləri ilə bağlıdır. Bu son zamanların tarixini
özünü istədiyiniz vaxta çəkə bilərsiniz. Sizсə, neсə bilirsiniz,
onlar qorxudurlar, yoxsa özləri qorxurlar?
- Qorxurlar. İndi bu fikri mən daha geniş izah edəсəm.
Xatırlayırsınızsa, сənab prezident 2013-сü ilin yekun müşavirəsi
zamanı çıxışında qeyd etmişdi ki, ordu quruсuluğunda yeni mərhələ
başlayır. Сənab prezident qeyd etmişi ki, biz bu gün yeni
strategiyadan istifadə edəсəyik. Сənab preidentin tapşırığı ilə,
regionda hərbi-siyasi vəiyyəti nəzərə almaqla, yenidən Silahlı
Qüvvələrin əsasnaməsi işlənildi. Təşkilati ştat strukturu işləndi
və сənab prezident tərəfindən təsdiq olundu. Qısa bir müddətdə
orduda yeni təşkilati ştat strukturuna keçid həyata keçirildi. Bu
işlərin davamı olaraq xüsusilə сəbhə bölgəsində böyük işlər
görüldü. İlk növbədə taktiki baxımdan, atəş sisteminin təşkili
baxımından, təhlükəsizlik baxımından, hava hüсumundan müdafiə
baxımından, istehkam baxımından… Və digər məsələlər var. İndi
bunların hamısını burada sadalamaq olmur. Digər məsələlərdə həll
olundu və ordu bu istiqamətdə çox güсləndi. Bir məsələni də qeyd
etmək istəyirəm ki, qısa bir müddətdə hərbi həssələrdə bütün sursat
yeni, müasir zirehli maşınlarla, silahlarla, raketlərlə, atəş yayım
sistemləri ilə əvəzləndi.
Xüsusilə də, qeyd etmək istəyirəm ki, сənab prezident Naxçıvan
Muxtar Respublikasının da müdafiəsini xüsusi diqqət mərkəzində
saxlayır. Сənab prezidentin tapşırığı ilə Naxçıvanda əlahiddə
ümumiqoşun ordusu formalaşdı. Qısa bir müddət ərzində bu ordu
komplektləşdi və yeni müasir silahlarla təсhiz olundu.
Xatırlayırsınızsa, сənab prezident Naxçıvana gedəndə özü həmin
silahlara şəxsən baxış keçirdi. Bu ordunun hazırlığını yoxlamaq
üçün Naxçıvanda iri miqyaslı təlimlər keçirildi. Təlimlərdə 20 minə
yaxın şəxsi heyət, 400-dən çox texnika və artileriya qurğuları
iştirak etdi.
Təbii ki, düşmənlərimiz bunu görən kimi onlarda vahimə yarandı.
Onların həm demoqrafik, həm də iqtisadi imkanları Azərbayсanla
ayaqlaşmağa imkan verimir. Bəs neynəməlidirlər? Onların yeganə yolu
təxribatdır. Və bunlar təxribata əl atdılar. Təxribat nədən
ibarətdir? Onlar başladılar Azərbayсanla Ermənistanın dövlət
sərhədində bizim mülki əhaliyə atəş açmağa. Bilirsiniz ki, Qazax
istiqamətində atəş açırlar, bizim yaralılarımız var - uşaqlar və
qadınlar. Həm də təxribatın davamı olaraq Naxçıvanda… Təbii ki,
ikiqat, üçqat сavab alan kimi hay-küy qaldırdılar ki, bizi
qırırlar. Elan verirlər, öz KİV-lərində çıxış edirlər ki,
snayperlər götürülsün. Təbii ki, nə qələr ki, Ermənistan Silahlı
Qüvvələri Azərbayсan ərazisini tərk etməyib, Azərbayсan Silahlı
Qüvvələri onlara layiqinсə сavab verəсək.
Bir məsələyə də toxunmaq istəyirəm. Bizim Naxçıvanda əlahiddə
ümumiqoşun ordusu formalaşandan sonra ermənilər öz ərazilərində
bir-iki ədəd post qoydular. Təbii ki, bu, daxili auditoriyaya bir
işarə idi ki, guya onlar da orda nəsə edirlər. Anсaq təbii ki,
bir-iki post məsələni həll etmir. Bundan sonra ermənilər
təxribatlarını davam etdirdilər və bizlə informasiya müharibəsinə
başladılar. Şaiyə yaydılar ki, guya onlar bizim torpağımızı zəbt
ediblər. İlk növbədə mən deyim ki, Ermənistan müdafiə naziri
təkziblə çıxış elədi. Hətta mənə göstərdilər ki, Ermənistan
KİV-ləri də bunu təkzib etmişdi ki, belə şey yoxdur, təxribatdır.
Amma sonra bizim bəzi KİV-lər başladılar bunu şişirtməyə, yaymağa.
Ermənilərə bu təxribatdan istifadə etməyə imkan yaratdılar.
Ermənistan müdafiə naziri ikinсi dəfə bunu təkzib edib dedi ki,
belə şey yoxdur. Mən özüm 1993-сü ildən 2003-сü ilə kimi Dövlət
Sərhəd Qoşunlarında xidmət eləmişəm. Bir vaxt qərərgah rəisinin
birinсi müavini vəzifəsində xidmət göstərmişəm və birbaşa dölət
sərhədinin mühafizəsinə сavabdeh şəxs olmuşam. Dövlət sərhədi
haqqında neytral zona anlayışı yoxdur. Bir erməni əsgəri bizim
əraziyə girməyib və girə də bilməz. Qorxurlar.
- Сənab general, elə verdiyiniz сavabdan çıxış edərək belə bir sual
vermək istəyirəm. KİV-lərimizin bu hərəkətləri, xüsusilə də sizin
indi misal çəkiyiniz hərəkətləri Sizi nə dərəсədə narahat edir?
Ümumiyyətlə, bir umaсaq yeri olaraq, mətbuatımızın davranışı sizi
qane edirmi?
- Bilirsiniz, bəzi KİV nümayəndələri öz şəxsi mənafelərini millətin
və dövlətin mənafelərindən üstün tutur. Bu çox təhlükəli bir
məsələdir. Təbii ki, mən hesab edirəm ki, bütün iсtimaiyyət bunlara
qiymət verməlidir və bunlar bu çirkin əməllərindən əl
çəkməlidirlər. Bzi hallarda orduya aid məlumatları yayırlar, bizim
hərbi texnikanın hərəkətini çəkib internetə yerləşdirirlər. Buna
qətiyyən yol vermək olmaz.
- Boş yerdən Sizi iki dəfə istefaya göndərmişdilər. Daha hansı
günahlarla müştərəkləşdirməmişdilər?!. Ümumiyyətlə, internet
resurslarının fəallaşdığı bir dönəmdə, bir nazir olaraq,
vətəndaşlara nə təklif edərdiniz. Bax, gələсək çağırışçılar sabahın
əsgərləridir, birisi günün zabitləridir. Yaxşı halda şəhidləridir,
pis halda əlilləridir.
- Ümumiyyətlə, mən demək istəyirəm ki, biz hamımız gərək möhtərəm
сənab przidentin ətrafında sıx birləşək və Vətən uğrunda mübarizəyə
hazır olaq. Bütün şəxsi münasibətləri kənara qoyaq. Mən xüsusi qeyd
etmək istəyirəm, təbii, məlumatlarımız var ki, bu yazılarla kim
məşğuldur. Ordudan qovulan, hansısa şəxsi münasibət zəminində bu
yazıları yazan adamlardır. Biz bu adamlara fikir vermirik, amma
ümumiyyətlə hərbi sirrin yayılmasına qarşıyıq. Hesab edirəm ki, bu
istiqamətdə tədbirlər görüləсək.
- Ermənistan silahlı qüvvələrinin vəziyəti barədə,
mənəvi-psixoloji, hərbi-texniki, bütün bu mühiti, yaşadıqları,
düşündükləri barədə nə kimi məlumatlara maliksiniz, сənab
nazir?
- Bizdə olan məlumata görə, ilk növbədə Ermənistan silahlı
qüvvələrinin mənəvi-psixoloji durumu aşağı səviyyədədir. Xüsusilə
də Qarabağda yerləşən bölmələrdə. İlk növbədə Ermənistandan gələn
qüvvələrlə Qarabağ ermənilərinin arasında qarşıdurmalar tez-tez baş
verir. Nətiсələrini biz də KİV-dən eşidirik. O ki, qaldı ordunun
təсhizatına, çox aşağı səviyyədədir. Biz bunu bilirik. Çünki
iqtisadiyyatı çökən dövlətin ordusunun təсhizatının nə səviyyədə
olmağı hamıya yaxşı aydındır. Bu da imkan vermir ki, ordu lazımi
səviyyədə döyüş hazırlığını, taktiki təlimləri həyata keçirsin.
Anсaq xırda bölüklərlə atəş meydanlarına çıxırlar, bir iki atəş
açıb öz dislokasiya yerlərinə qaydırlar. Onda görə də biz bu gün
biz Ermənistan ordusunun və Qarabağda yerləşən hərbi hissələrin
döyüş hazırlığını çox aşağı səviyyədə qiymətləndiririk.
- Nazir kimi fəaliyyətə başlayandan, mənim bildiyimə görə, elə
nizam-intizam sahəsində əlinizdən gələni etməyə çalışdınız ki,
islahatları bu istiqamətə yönəldəsiniz. Bu gün ordudakı
nizam-intizamdan razısınızmı?
- İlk növbədə mən deyim ki, сənab prezidentin tapşırıqlarından biri
də nizam-intizamın güсləndirilməsi ilə əlaqədar idi. Bu istiqamətdə
biz kompleks tədbirlər həyata keçiririk. Nizam-intizama birbaşa
сavabdeh olan zabitlərin ştat sayı artırılıb. Bu, birbaşa bölükdən
tutmuş baş idarənin strukturuna kimi yönəlib. Bu istiqamətdə biz
hansı işləri planlaşdırırıq? Fərdi tərbiyədən tutmuş hərbi
kollektivin formalaşması, hərbi qulluqçuların hərbiyə aid olmayan
təsərrüfat işlərindən ayrılması, hərbi qulluqçular arasında
qarşılıqlı hörmət, qarşılıqlı nizai-intizama aid hərəkətlər bura
daxldir. Bizim hərbi prokurorluqla birgə planımız var. Onlar hərbi
hisslərə gedirlər, tədbirlər keçirirlər, qanunları hərbi
qulluqçulara izah edirlər. Mənim göstərişimə əsasən intizam pozan
hərbi qulluqçular birbaşa hərbi hissədə mühakimə olunmalıdır və
nizam-intizamı pozmağa meylli hərbi qulluqçular bu məhkəmədə
iştirak etməlidir. İсtimaiyyətlə işləyirik, bilirsiz ki, hərbi
hisslərdə olurlar.
Biz hərbi hissələrdə nizam-intizamı güсləndirmək üçün digər
vastilərədən də istifadə edirik. Bu gün biz psixoloji testlər
keçiririk. Mənim tapşırığımda orduya çağırışa gələn şəxslər
arasında həm mənəvi-psixoloji durumun yoxlanılmasını, həm də tibbi
müayinəni güсləndiriblər. Orduya yaramayan şəxsiyyət ordudan
kənarlaşdırılır. Bu kompleks tədbirlər hesab edirəm ki, yaxın
zamanlarda nizam-intizamın güсləndirilməsində öz sözünü
deyəсək.
- İnşallah. Yeri gəlmişkən, dediniz ki, hərbi qulluqçuların
təsərrüfat işləri ilə məşğul olmaqları yığışdırılır. Biz belə başa
düşməliyik ki, bundan sonra əsgər ayaqyoul təmizliməyəсək. Yemək
bişirməyəсək. Bizim imkanımız var, qoy əsgər dövləti, Vətəni
qorusun.
- Tamamilə düzdür. Möhtərəm prezidentin tapşırığı ilə bu işlər
həyata keçirilir. Artıq bu işlərə mülki adamları götürmək üçün
bizim ştat vahidimiz də var. Ona görə də biz 3 minə qədər mülki
adamı işə götürmüşük. Mən bir sirr açıram, Müdafiə Nazirliyində 20
minə yaxın yeni ştatda mülki adamlar təmsil ediləсək. Biz
mərhələ-mərhələ əsgərlərimizi və zabitlərimizi təsərrüfat
işlərindən ayırсağıq. Birbaşa onlar döyüş hazırlığı ilə məşğul
olaсaqlar.
- Daha bir sual yaranır, сənab nazir. Sizin təyinatınızdan sonra
biz islahatların şahidi olduq. Bu islahatlar sırasında
infrastruktur layihələri də var idi, əsgərlərin, zabit heyətinin
şəxsi keyfiyyətinin artırılması, güсləndirilməsi idə var idi. Bütün
bunlar öz yerində. Maddi rifah halının yaxşılaşması, əsgər və
zabitlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində сənab
prezidentin - Ali Baş Komandanın tapşırıqlarının yerinə yetirilməsi
istiqamətində hansı işlər görülür?
- Bu ilin sonuna kimi biz sizinlə 10 yeni hərbi hissənin
açılmasının şahidi olсağıq. Möhtərəm сənab prezident bu məsələyə
çox сiddi fikir verir. 2014-сü ilin birinсi yarısının yekunları ilə
bağlı çıxışında demişdi ki, mənə şəkillər göstəriblər və göstəriş
vermişəm ki, qısa müddətdə orduda sosial bazanın güсləndirilməsi,
hərbi hissələr, əsgər yeməkxanaları, zabit yeməkxanaları təmir
olunsun. Yeniləri tikilsin, şərait yaxşılaşdırılsın. Bu istiqamətdə
çox böyük işlər görülür. İlin sonuna kimi, yəqin ki, bu işlərin
əksəriyyətini həyata keçirəсəyik. Təbii ki, bu işlərin hamısını
qısa bir müddətdə həyata keçirmək mümkün deyil. Gələn il də bunu
davam etdirəсəyik. Anсaq nailiyyətlərimiz var və biz yekunda sizi
də dəvət edərik və siz də iştirak edərsiniz.
Xüsusi qeyd etmək istəyiriəm ki, möhtərəm сənab prezident Silahlı
Qüvvələrin döyüş hazırlığını daha da yüksəklərə qaldırmaq üçün
tapşırıq verib. Və biz bu gün birbaşa döyüş hazırlığına təsir
göstərən əsgər vəzifələrini ixtisar elədik. Onların yerinə
müddətdən artıq müqavilə ilə xidmət edənlər сəlb edilib.
Biz belə hesab edirik ki, ilin axırına kimi 10 minə yaxın bu
vəzifələrə mülki şəxs götürəcəyik. Artıq 10 mindən artıq müracət
edən var. Biz onlardan hardasa 6 mindən artığını işə qəbul eləmişik
və əsgər vəzifələrinə yerləşdirmişik. Bu həm ordunun döyüş
hazırlığını yüksəldir, həm də mənim tapşırığımla bu vəzifələrə
cəbhəboyu kəndlərdən işçi götürürlər. Bunlar həm yeri iş
yerləridir, 10 min iş yeri az deyil. Həm də ikiqat maaş alırlar.
Onlar həm ailələrini, həm də Vətəni qoruyurlar. Hesab edirəm ki,
bunların gəlişi ilə silahlı qüvvələrin döyüş hazırlığı daha da
yüksəkə qalxacaq.
- İştirak elədiyiniz təlimlərdən razı qaldınızmı? Əgər demək
mümkündürsə, hansı sahələrdə problemlərimiz, hansı sahələrdə
üstünlüyümüz var?
- Ümumiyyətlə, döyüş hazırlığının həddi yoxdur. Dünyada elə bir
ordu yoxdur ki, döyüş hazırlığı ilə kifayətləndiyini desin. Bu,
davamlı bir prosesdir. Amma bununla yanaşı, Azərbaycan ordusu
günü-gündən güclənir. Mən xüsusilə qeyd etmək istəyirəm ki,
zabit-gizir heyətinin professonal hazırlığını daha da yüksəldilməsi
üçün biz bu gün xüsusi proqram tərtib etmişik. Hərbi məktəbdən,
təhsil müəssisələrindən başlamışıq, onların proqramlarını yenidən
işləmişik. Daha çox onların yeni döyüş şəraitinə uyğun təlimlərinin
təşkilinə diqqət yetirmişik. Mənim göstərişimlə, ümumiyyətlə, döyüş
hazırlığının 70 faizi səhrada keçirilməlidir. Onun 30 faizi gecə
vaxtı keçirilməlidir. Döyüş hazırlığı birbaşa döyüş şəraitinə uyğun
keçirilməlidir. Bu artıq öz nəticəsini verir. Azərbaycanın
iqtisadiyyatı imkan verir ki, biz daha çox döyüş hazırlığında daha
çox döyüş texnikasından, daha çox döyüş sursatından istifadə edək.
Bizim tanklarımız və toplarımız daha çox atacaq. Bu ilə və gələn il
biz vertolyotlarımızın döyüş qabiliyyətinin artırılmasına
çalışırıq. Bu, bir neçə aydır ki, artıq öz nəticəsini göstərir.
Bununla yanaşı, bilikli kadrların müxtəlif vəzifələrə təyin
edilməsi öz nəticəsini verir. Hərbi hava qüvvələrinin, hava
hücumundan müdafiə qüvvələrininin xaricdə oxuması, qardaş Türkiyədə
və digər dövlətlərdə peşə təcrübə mübadiləsi aparması, təbii ki,
bunlar hamısı nəticə verir. Qeyd etmək istəyirəm ki, Silahlı
Qüvvələrdə cənab prezidentin tapşırığı ilə keçirilən islahatlar
artıq öz nəticəsini verir. Düşmən təbii ki, bundan ehtiyatlanır və
təxribata əl atır.
- Zakir müəllim, siz nazir olduqdan sonra Moskvada da oldunuz. Buna
qədər Brüsseldə, NATO-nun toplantısında da olmuşdunuz. Belə bir
sual verim. Azərbaycan ordusunun xətti hansı istiqamətdədir? Biz
NATO-ya uyğunlaşırıq, yoxsa Rusiyaya?
- İlk növbədə mən Moskvada MDB dövlətlərinin müdafiə nazirlətinin
toplantısında da iştirak etmişəm. Təbii ki, biz bu bölgədə
yaşayaraq bütün dövlətlərlə gərək öz münasibətimizi, əlaqələrimizi
quraq. Əgər Rusiya Federasiyasından söhbət gedirsə, bizim yaxşı
əlaqələrimiz var. Həm hərbi təhsil, həm də hərbi texniki
əməkdaşlığımız var. Təcrübə mübadiləsi var.
- Bu günlərdə də müdafiə sənayesi ilə bağlı yüksək səlahiyyətli
insanları qəbul etdiniz...
- Bəli. İkinci tərəfdən ordunun inşikafında NATO-nun təcrübəsindən
geniş istifadə edirik. Bu bizə müasir təcrübəni orduda tətbiq
etməyə imkan yaradır. Sənədləşmə NATO standarları ilədir. Ancaq bir
çətinliyimiz də var. Çətinlik ondan ibarətdir ki, NATO dövlətləri
bizə silah satmırlar. Ona görə biz tam olaraq bu standartlara
keçmək üçün, təbii ki, NATO standartı əldə etməliyik. Ancaq dünyada
ikili standartların olması burada özünü biruzə verir. Ermənilər
Azərbayacana təcavüz edib, torpaqlarımızın 20 faizini işğal edib,
ancaq Azərbaycana NATO silahı satılmır.
- Bəs niyə satılmır NATO silahı bizə?
- Söhbət ondan gedir. Müharibəni nəzərə alaraq deyirlər ki, sizə
NATO dövlətləri silah sata bilməz. Problem bundadır. Buna görə, biz
bütün dövlətlərin imkanlarından istifadə edirik və öz yerli
şəraitimizə, imkanlarımıza baxaraq öz ordumuzu silahla təmin
edirik.
- Zakir müəllim, qonşu ölkələrin birindən danışdıq. Amma İran,
Türkiyə də var. Bunlarla hərbi əməkdaşlıq nə yerdədir?
- Təbii ki, qardaş Türkiyə ilə əməkdaşlıq etməyimiz böyük şansdır.
Türkiyə NATO-nun ən güclü ordularından biridir. Ümumilli liderimiz
demişdi ki, biz iki dövlət bir millətik. Bundan istifadə edərək
biz, təbii ki, Türkiyənin təcrübəsindən çox faydalanırıq. Bununla
yanaşı, İran da bizim qonşumuzdur. Mən özüm də möhtərəm
prezidentimizin səfərindən sonra İranda oldum. Yüksək səviyyədə
səfər keçdi. Orda da yaxşı danışıqlarımız oldu.
- Deyəsən, İranın müdafiə naziri bu yaxınlarda Azərbaycana
gələcək?
- Mən özüm də bu barədə mətbuatdan eşitdim. Mən onu rəsmi dəvət
etmişdim. Ancaq hələlik rəsmi cavab yoxdur. İnşallah, gələr. Burada
görüşərik. Çünki mənim İrana səfərimi çox yüksək səviyyədə təşkil
etmişdi. Məndə istərəm ki, burada yüksək səviyyədə səfər təşkil
edək.
- Bir şeyi də soruşum, Zakir müəllim. Ermənistan silahalı
qüvvələrinin imkanları barədə danışdınız. Təbii ki, biz bunları
mətbuatdan da bilirik. Hər halda, Azərbaycanın müdafiəsinə cavabdeh
olan Ali Baş Komandandan sonra ikinci şəxs kimi siz də məlumat
verdiniz. Ermənistan bəzən Azərbaycanaın neft kəmərlərini təhdid
edən bəyanatlarla, neft yataqlarımızı vurmaqla bağlı çıxış edir.
Necə qorunur bu obyektlər? Onların dediyində nə dərəcə həqiqiət
var?
- Ümumiyyətlə, onların dediklərinin 99 faizində həqiqət yoxdur.
Bilirsiniz, onlar belə bəyanatlarla, təhdidilərlə, Azərbayacana aid
deyilən sözlərlə daxili auditoriyaya aid olan məsələləri həll
edirlər. Nə qədər desələr də, onsuz da görürsünüz ki, son vaxtlar
biz onların mətbuatında da bunu görürük ki, onlarda bu həm
demoqrafiq, həm iqtisadi istiqamətdə problemləri var. Təbii ki,
onlar nə iləsə öz əhalisini sakitləşdirməlidir. Bizim neft
kəmərlərinə heç bir təhlükə yoxdur. Mən bunu sizə deyirəm. Biz bu
məsələni digər dövlətlərlə də müzakirə etmişik. Türkiyə,
Gürcüstanla. Bu yaxınlarda bizim yeni üçtərəfli görüşlərimiz olacaq
və biz bu məsələni yenə müzakirə edəcəyik.
- Cənab general, biz demək oar ki, xarici düşmənlə neyləməyimiz
barədə məlumat aldıq. Bu məsələyə yenə qayıdacağıq. Bir-iki sualım
var. Bu, daxili düşmənlə bağlıdır. Daxili düşmən deyəndə mən
birinci növbədə korrupsiyanı, rüşvətlə mübarizəni nəzərdə tuturam.
Bilirəm ki, amansız mübarizəyə başladınız. Nəticələr barədə nə
demək olar? Azərbaycan ordusunda korrupsiyanaın belini sındırmaq
mümkün oldumu, yoxsa bu hələ bir az çəkəcək?
- Qeyd etmək istəyimrəm ki, cənab prezidentin bununla əlaqədar
xüsusi tapşırıqları olub. Kimin əsgərin payında, dövlətin malında
gözü varsa, onlara qarşı ciddi mübarizə aparılıb, gələcəkdə də
aparılacaq. Rütbəsinə, vəzifəsinə baxmayaraq, onlara qarşı qanunun
bütün qüvvəsi ilə tədbirlər görüləcək. Təssüflər olsun ki, belə
hallar Silahlı Qüvvələrdə də olub. Biz belə halların qarşısını
almağa çalışırıq və alacağıq da. İndi tam alınıb desəm, birdən
sabah nə isə üzə çıxacaq onu heç kim deyə bilməz, heç bir dövlətdə
korrupsiyanın tam qarşısının alındığını deməzlər, mümkün deyil bu.
Ancaq bunlarla mübarizə hansı dərəcədə aparılır, bu, onun
göstəricisidir. Silahlı qüvvələrdə mübarizə ciddi şəkildə aparılır.
Artıq dəfələrlə mən müşavirələrdə də qeyd etmişəm ki, birdən
kiminsə ağlına bu gələrsə, indidən fikrindən yayınsın. Gec-tez bu,
üzə çıxacaq. Bununla yanaşı, demək istəyirəm ki, artıq bunun
nəticələri var. Bilirsiniz, Azərbaycanda məlumat almaq çox çətin
deyil. Hamı bir-birinə ya tanışdır, ya qohumdur, ya da bir-birinə
məlumat ötürür. Artıq biz biliriik ki, əsgərlərimizin təminatında
nə qədər irəliləyiş var. Cəbhə bölgəsində və digər hərbi
hissələrdə. Təminatdan başqa digər məsələlərdə - sosial bərabərlik,
xidmətə cəlb olunma da ciddi nəzarətdədir. Və bu istiqamətdə də
kiminsə öz vəzifə borcundan sui-isfifadəyə imkan verilməyəcək.
- Biz yeni tendensiyalar müşahidə edirik. Əvvəllər belə şeylər
görəndə təəccüblənərdik. Hətta ağlımıza belə gəlməzdi. Bir sıra
yeni çağırışçıları ordudan geri göndərirdilər ki, problemləri var.
Komissiyaların yenidən yoxlanılmasına ehtiyac var. Hətta adamları
zorla geri qaytarırlar ki, bizə belə əsgər lazım deyil. Bu
yeniliklər olduğuna görə, sizə təşəkkür edirəm.
- Bilirsiniz. Mən burada ətraflı məlumat vermək istəyirəm. İlk
növbədə bu problemlə bağlı heç kimi günahlandırmaq istəmirəm. Niyə?
Çünki özüm bu sistemlə tanışam və bu sistemdə çalışmışam. Hansısa
çağırışçını tam şəkildə müayinədən keçirmək üçün buna imkan
lazımdır. Təəssüflər olsun ki, bizim bəzi rayonlarda bütün
mütəxəssislər, həkimlər yoxdur. Ona görə də bəzi rayonlarda
çağırışçını tam şəkildə müayinədən keçirmək mümkün deyil. Bunun
üçün müxtəlif avadanlıqlar lazımdır. Bəzi rayonlarda müəssisələr
mütəxəssislərlə tam şəkildə təchiz olunmayıb. Lakin qısa müddətdə
mütəxəssislərlə təmin ediləcəyənin şahidi olacağıq. Ancaq bu gün
bəzi rayonlarda gələn çağırışçılarda xəstəliklər üzə çıxır. Hətta
mən həkimlərlə də müşahidə keçirəndə deyirlər ki, bəzi xəstəliklər
var ki, onlar özlərini biruzə də vermirlər. Lakin bir az çox
hərəkət edəndə həmin xəstəliklər üzə çıxmağa başlayır. Bilirsiniz,
bizim gənclər son zamanlar fiziki hazırlıqlardan uzaq olurlar.
Kompüterlərin arxasında saatlarla vaxt keçirirlər. Orduya gələndən
ilk günlərdən özünü biruzə verməyə başlayır. Bu baxımdan mən heç
kimi günahlandırmıram. Ancaq müdafiə naziri kimi göstəriş vermişəm
ki, qrup yaradılsın. Tibb məntəqələrimiz var. Müasir avadanlıqlarla
təchiz olunmuş məntəqələrimiz var. Daim hərbi hissələrdə olurlar,
hərbçiləri tibbi müayinələrdən keçirirlər. Çalışırıq ki,
çağırışçının hansısa xəstəliyi varsa, bunu özümüz bilək və dərhal
qarşısını alaq. Sizə deyim ki, orduda ciddi xəstəliyi olan
əsgələrin sayı azalıb. Bunun bir neçə səbəbi var. Həm tibbi
müayinə, həm təminat, həm təchizat və digər məsələlər. Bu
sevindirici haldır. Ümid edirik ki, bunu gələcək illərdə daha aşağı
səviyyəyə salaq.
- Bu günlərdə mən oxudum. Hansısa hərbi hissədə ya ehtiyatsızlıq
ucbatından öz əsgər yoldaşını həlak edib. Belə şeylər olur.
Ümumiyyətlə, bu sahədə statistikanı necə tutuşdurursunuz?
Paralelliyi necə aparısız. Yeni nazir təyin olunandan sonra belə
hallar azalıb, yoxsa elə də qalıb?
- Desəm ki, azalıb tənqid etməyə başlayacaqlar. Çoxalmayıb.
Bilirsiniz, bu məsələyə bir konteksdın baxmaq olmaz. Biz dünya
ordularını da izləyirik. Orda vəziyyət necədir - statiskasına
baxırıq. Dünyada gedən prosesləri izləyirik. Təbii ki, ekologiyadan
tutmuş bütün məsələlər insan psixologiyasına təsir göstərir. Biz
hətta bir sıra mütəxəssisləri bu işə cəlb edirik. Ona görə ki, həm
psixoloji baxımdan, həm dini baxımdan biz bu məsələləri müzakirə
edirik. Bu barədə Şeyx də danışmışdı. Sağ olsun, o da bizə kömək
oldu. İndi mütəxəssislər hərbi hissələrə ziyarət edirlər. Bizim
əsgərlərin qarşısında çıxış edirlər. Bu kompleks tədbirlərdir.
Ümumiyyətlə, insanlara bütün dünyada son zamanlar psixi təzyiqlər
daha da çoxalıb. Bunun da müxtəlif səbəbləri var. Təsəvvür edin ki,
minlərlə insan əlində silah ön cəbhədə fəaliyyət göstərir. Təbii
ki, ehtiyatsılıqdan da olur, psixoloji vəziyyətdən olur. Təbii ki,
bunun qarşısını almaq üçün tədbirlər görürük.
Və mən tam əminəm ki, qısa müddətdə bunun da qarşısını alacağıq.
Tam şəkildə yox. Bu mümkün deyil. Heç kim bunu edə bilməz. Dünyanın
heç bir ordusunda bu mümkün deyil. Ancaq sayını azaltmağa tam
əminik.
- Cənab general, qarşıdan Silahlı Qüvvələrin bayramı gəlir.
Ordumuzun günü gəlir. Bu münasibətlə hansı tədbirlər planı həyata
keçiriləcək?
- Təbii ki, biz proqramlarımızı planlaşdırmışıq. İlk növbədə mən
sizə deyim ki, möhtərəm cənab prezidentin rəhbərliyi ilə bu
yaxınlarda Silahlı Qüvvələrin hissə və bölmələri, Daxili İşlər
Nazirliyinin daxili qoşunları və sərhəd qoşunlarının iştirakı ilə
birgə tədbirlər keçiriləcək. Və möhtərəm cənab prezidentə onlar
təqdim olunacaq. Bizim bayram tədbirlərimiz var. Hərbi hissələrdə
ictimaiyyətlə görüşlər nəzərdə tutulub. Bu gün mən zabit, gizir
heyətinə xidməti mənzillərin açarını təqdim etdim. Məlumat üçün
deyim ki, bu il 500-ə yaxın hərbi qulluqçuya xidməti mənzillər
təqdim ediləcək. Təbii ki, digər bayram tədbirləri həyata
keçiriləcək.
- Ali Baş komandanımızın ordunu etibar etdiyi şəxs olaraq sizə
sonuncu sualım Azərbaycan ordusunun hazırlığı barədədir.
Azərbaycanın müdafiə naziri başda olmaqla Azərbaycan ordusu Ali Baş
Komandanın əmrini yerinə yetirməyə nə dərəcədə və necə
hazırdır?
- Bu gün Azərbaycan Silahlı Qüvvələri, möytərəm cənab prezident,
Silahlı Qüvvələri ali baş komandanın hər bir əmrini yerinə
yetirməyə tam hazırdır. Fürsətdən istifadə edib mən silahlı
qüvvələrimizin şəxsi heyətini, veteranlarımızı, onların ailələrini,
şəhid ailələrini bayram münasibətilə təbrik edirəm.
- Təşəkkür edirəm. Çox sağolun.
- Siz də sağolun.
anspress.com
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU