Erməni diplomatik mənbələri: “Əliyev-Sərkisyan görüşü gözlənilmir”
Bizi izləyin

Nida.az

Erməni diplomatik mənbələri: “Əliyev-Sərkisyan görüşü gözlənilmir”

Ermənistandakı diplomatik mənbələr yaxın vaxtlarda prezidentlər İlham Əliyevlə Serj Sırkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşün gözlənilmədiyini bildiriblər.

Virtualaz.org saytı xəbər verir ki, İrəvandakı diplomatik mənbələr prezidentlərin yaxın vaxtlarda Parisdə görüşəcəyini gözləmək lazım deyil. Çünki görüşün vaxtı dəqiqləşməyib, tərəflər belə görüşə rəsmən razılıq verməyiblər və ona görə də ən azı yaxın həftələrdə görüşün baş tutması mümkün deyil.

Mənbənin bildirdiyinə görə, ancaq ideya, proqram və görüş barədə təklif var.

Xatırladaq ki, Fransa prezidenti Fransua Olland may ayında Bakıya və İrəvana səfərləri zamanı tərəflərə münaqişənin nizamlanmasına dair bəzi təkliflər verib. Olland prezidentləri danışıqlar aparmaq üçün Parisə dəvət edib.

Lakin tərəflərin bu görüşə hazır olduqlarına şübhə var. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu günlərdə bildirib ki, onlar Parisdən dəvət gözləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm