Siyavuş Novruzov: “Leyla Yunus mənşəcə ermənidir”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Leyla Yunus mənşəcə ermənidir”

“Leyla Yunus və ölkədən gedib Avropada yaşayan bəzi adamlar mənşəcə ermənidir”.

Publika.Az xəbər verir ki, bu barədə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədəkənar iclasında çıxışı zamanı deyib.

S.Novruzov Prezident İlham Əliyevin AŞ PA-dakı çıxışını şərh edərək bildirib ki, orada prezidentə verilən suallar hansısa məntiqə deyil, erməni deputatlar tərəfindən yazılıb verilən, o cümlədən mənşəcə erməni olan Leyla Yunus tərəfindən təqdim olunan qondarma hesabata əsaslanıb.

“Leyla Yunus mənşəcə ermənidir. Bundan başqa, buradan guya mühacirət adı ilə gedib Avropada yaşayan və guya nəyəsə etiraz edənlərin bir qismi əslən ermənidirlər. Bizim əlimizdə faktlar var. Onlar gedib orda hətta bildirirlər ki, məhz erməni olduqları üçün Azərbaycanda sıxışdırılırlar. Təbii ki, Azərbaycan prezidentinin xalqın və dövlətin mövqeyindən məntiqlə çıxış etməsi o cür insanlara sərf etməyəcək”-deyə deputat bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm