Qənirə Paşayeva: “Ermənistan istəyir ki, Azərbaycan vəziyyəti qəbul etsin”
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva: “Ermənistan istəyir ki, Azərbaycan vəziyyəti qəbul etsin”

“Azərbaycan Prezidenti Azərbaycanın maraqlarını, mövqeyini yüksək səviyyədə bütün Assambleya üzvlərinə çatdırdı. Cənab prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycanla artıq heç kəsin təzyiq və təhdid dilində danışa bilməyəcəyi mesajının verilməsi idi. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan artıq ikili standartları qəbul etməyəcək. Avropa Şurası məkanındakı standartlar vahid standartlar olmalıdır”.

Publika.Az xəbər verir ki, bu barədə deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən növbədəkənar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə görəcəyi işlərlə bağlı açıqlamaları isə çox böyük diqqətlə dinlənilirdi: “Çünki prezidentin Avroa Şurasından Azərbaycanın prioritetlərini açıqlaması çox önəmli idi. Bəzi qüvvələr var idi ki, onlar Azərbaycanın Avropa Şurasına sədrliyindən narahat idilər. Amma cənab Prezident bu kimi qüvvələrin suallarını cavablandırarkən bütün məsələlərə aydınlıq gətirdi”.

Q. Paşayeva qeyd edib ki, ikili standartlarla yanaşma məsələsində ən önəmli nöqtə dövlət başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıq mesajlar idi.

”Azərbaycanın bir qarış torpağının da hanısa müzakirə mövsuzu olmayacağını, münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində həll olunacağını və bundan başqa bir variantın qəbul olunmayacağını vurğuladı. Nəinki Dağlıq Qarabağın həm də bu gün Ermənistanın paytaxtı olan İrəvanın da Azərbaycan torpağı olmasını Ermənistanın daha yaxşı bilməsini vurğuladı. Ermənistan istəyir ki, Azərbaycan xalqı uzun illər oturub bu vəziyyəti qəbullansın və beynəlxalq təşkilatların gündəmində bu problem zəifləsin. Amma Azərbaycan buna imkan verməyəcək”-deyə deputat bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm