Asim Mollazadə vətəndaşların İrana üz tutması məsələsini qaldırdı
Bizi izləyin

Nida.az

Asim Mollazadə vətəndaşların İrana üz tutması məsələsini qaldırdı

“Azərbaycan prezidentinin AŞPA-dakı çıxışından sonra ordakı deputatlarla əlaqə saxladım. Onlar Azərbaycan Prezidentinin çıxışını yüksək qiymətləndirdilər”.

Publika.az xəbər verir ki, bu barədə deputat Asim Mollazadə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.

A. Mollazadə başqa məsələyə toxunmaq istədiyini bildirib.

“Təhsil Strategiyası ilə bağlı sərəncam vaxtında verilsə də, Azərbaycanda fəaliyyət göstərən həm texniki məktəblər, həm də ali təhsil müəssiləri bir sıra problemlərlə üz-üzə qalıb. Diqqət yetirmək istədiyim digər məsələ isə xaricdə oxuyan və elmi iş müdafiə edən gənclərimizlə bağlıdır. Bu gənclərə də diqqət və qayğı azdır”,- deyə deputat qeyd edib.

A. Mollazadə Azərbaycanda icbari tibbi sığorta ilə bağlı qanunun icra edilmədiyini diqqətə çatdırıb: “Bununla da, səhiyyə sistemimizə xələl gəlir. 2 milyona yaxın vətəndaşımız müalicə olunmaq üçün İrana gedir. Biz Azərbaycan xalqının sağlamlığını təmin etmək üçün tibbi qanunlara əməl etməliyik və bu qanunun təkmilləşdirilməsinə çalışmalıyıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm