Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi
Bizi izləyin

Nida.az

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib.

Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında məcəlləyə dəyişiklik müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydası “İctimai iştirakçılıq haqqında” qanunu və bu fəslin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini nəzərdə tutur.

“Qanun layihəsində ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur. Eyni zamanda, sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilən dəyişikliklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirələrin iştirakçılarına məlumat verir”,– deyə komitə sədri bildirib.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm