İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşdü
Bizi izləyin

Nida.az

İlham Əliyev Mövlud Çavuşoğlu ilə görüşdü

İlham Əliyev Türkiyənin Avropa Birliyi işləri üzrə naziri ilə görüşdü

Prezident İlham Əliyev Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Prezident İlham Əliyevi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbrik edib. Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqdakı nitqinin ölkəsində böyük maraqla izlənildiyini deyib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının önəmi vurğulanıb, ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığının bundan sonra da genişləndiriləcəyi əminliklə qeyd olunub.

Dövlətimizin başçısı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş edbi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm