Nida.az
“Azərbaycanın icazəsi olmadan uçuş olmayacaq” – Rəsmi açıqlama
“Azərbaycanın icazəsi olmadan Xankəndi hava limanında heç bir təyyarə uça bilməz”.
Bu barədə Dövlət Mülki Aviasiya Administrasiyası Publika.az-ın qondarma DQR-in Xankəndi hava limanından uçuşlara başlaması haqda sorğusuna cavabda bildirilib.
Aviasiya Administrasiyası qeyd edib ki, Beynəlxalq Mülki
Aviasiya Təşkilatı (ICAO) bu məsələ ilə bağlı Azərbaycanın
mövqeyini dəstəkləyir.
“Bununla yanaşı, beynəlxalq hava hüquqları ermənilərə belə uçuşlar
həyata keçirməyə icazə vermir. Yəni bizim icazəmiz olmadan heç bir
uçuş ola bilməz. Biz administrasiya olaraq bu məsələ ilə bağlı
bütün addımları atmışıq. Son qərar hökumətimizindir. Əgər bunun
əksinə edərlərsə, həmin təyyarələrin vurulması qərarı da hökumət
tərəfindən veriləcək”, - deyə sorğunun cavabında bildirilir.
Administrasiya qeyd edib ki, əslində, Xankəndidən uçuşların olması xəbəri ermənilərin informasiya təxribatıdır: “Əgər hansısa beynəlxalq uçuş olsaydı, mütləq bizim xəbərimiz olardı. Onlar həmişə deyilər və bu yalandır. Güman ki, daxili uçuşlardır ki, bu da daha çox turizm xarakteri daşıyır. Yenə qeyd edirik ki, orda hər-hansı beynəlxalq uçuşun həyata keçirilməsi yalnız və yalnız Azərbaycanın icazəsi ilə reallaşa bilər”.
Qeyd edək ki, Azərbaycanın erməni işğalından sonra Xankəndi aeroportu qanunsuz olaraq fəaliyyətə başlayıb. Ermənitərəfi hava limanının işə başlamasını əks etdirən video görüntüləri internetdə yerləşdiriblər.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Mülki Aviasiya üzrə İdarəsinin rəisi Dmirti Atbaşyan isə bildirib ki, görüntülərdə qeydə alınan uçuşlardan əvvəl də hava limanında uçuşlar həyata keçirilib.
Asif Nərimanlı
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO