• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Oqtay Əsədov: "ATƏT məkanında olan bütün problemlərə eyni yanaşma nümayiş etdirməlidir"

  • Nida.az
  • 27 İyun 2014 19:21
  • 397 Baxış
Oqtay Əsədov: "ATƏT məkanında olan bütün problemlərə eyni yanaşma nümayiş etdirməlidir"

Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçlə görüşüb.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə O.Əsədov Azərbaycan-ATƏT münasibətlərinin inkişaf etdiyini deyib, yüksək səviyyəli səfərlərin bu inkişafa təkan verdiyini bildirib. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ATƏT ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır və Assambleyanın işində fəal iştirak edir.

ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən sədr sessiyanın səmərəli keçməsi üçün bütün lazımı işlərin görüldüyünü qeyd edib. O, sessiya çərçivəsində bir sıra önəmli məsələlərin müzakirə olunacağını bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri vurğulayıb ki, Ermənistan Helsinki Yekun Aktının prinsiplərini kobudcasına pozub: "Münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Təəssüf ki, ATƏT Parlament Assambleyası tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb. İyirmi ildir ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur, ancaq heç bir nəticə yoxdur".

O.Əsədov vurğulayıb ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir: "Biz istəyirik ki, ATƏT məkanında olan bütün dövlətlərin problemlərinə eyni yanaşma nümayiş etdirilsin. Biz qurumun təsir mexanizmlərinin daha güclü olmasını istəyirik".

Ranko Krivokapiç ATƏT PA-nın Bakıda sessiyasının yüksək səviyyədə keçməsi üçün hər cür şəraitin yaradıldığını deyib. Buna görə də o, ATƏT-in bütün qurumları adından Azərbaycana təşəkkürünü bildirib.

ATƏT PA-nın prezidenti vurğulayıb ki, son on ildə Azərbaycan hər kəsi heyrətləndirə biləcək böyük nailiyyətlər əldə edib.

ATƏT-ə üzv dövlətlərin ərazi bütövlüyü ilə bağlı məsələlərin hər zaman önəmli olduğunu bildirən R.Krivokapiç Dağlıq Qarabağ münaqişəsinin gələcək sessiyalarda müzakirə edilə biləcəyini söyləyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR