Azərbaycan ATƏT PA-da təqdim olunan sənədə etiraz etdi
Bizi izləyin

Nida.az

Azərbaycan ATƏT PA-da təqdim olunan sənədə etiraz etdi

ATƏT PA-nın Bakıda keçirilən iclasında Daimi Komitəsinin iclasında qurumun yer aldığı Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi üçün Finlandiyadan olan məruzəçi Pta Kaumanın hazırladığı “Silahlı qüvvələr üzərində nəzarət və Venesiya sənədi” adlı məruzədə Dağlıq Qarabağ münaqişəsi yer almayıb.

Publika.az xəbər verir ki, Azərbaycan tərəfi buna ciddi etiraz edib.

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxışında bildirib ki, ATƏT PA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır. Onun sözlərinə görə, Qarabağ 20 ildir işğaldadır, bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in bu gün bu məsələyə toxunmaması təəssüf doğurur.
Qeyd edək ki, sözügedən sənəddə Dağlıq Qarabağ, eləcə də Gürcüstan və Moldova ərazisindəki münaqişələrə toxunulmayıb. Məruzədə Rusiyanın Krımı ilhaq etməsinə geniş yer ayrılıb. Məruzədə vurğulanır ki, Rusiyanın Krımı birtərəfli özünə birləşdirməsi bütün beynəlxalq qaydaları və müstəqil ölkələrin suverenliyini təhlükə altında qoyub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm